YuğdaAxınvar

 

   Yaradıcılıq studiyası teatrsevərlərə maraqlı layihələr vəd edir

  

   YuğDövlət Teatrının nəzdində yeni yaradılmış yaradıcılıq studiyası hələ ortaya böyük çıxarmasa da, teatrsevərlərə maraqlı layihələr vəd edir.

  

   Məlum olduğu kimi, studiyalar həmişə teatr prosesinin tələbi, nəticəsi kimi yaranır. Əvvəlcə ideya formalaşır, sonra eyni yaradıcı düşüncəyə malik insanlar toplaşır və studiyanı yaradırlar. “Yuğun nəzdində «Axın» teatr-studiyası da bu ənənə ilə ərsəyə gəlib. StudiyaYuğun baş rejissoru Vaqif İbrahimoğlunun, rejissor Vidadi Həsənovun təşəbbüsü ilə yaradılıb.

   Teatrın rəhbərliyi ümid edir ki, studiya gündən-günə inkişaf edərək milli teatr prosesinə öz töhfəsini verəcək. Studiyanın tərkibində Azərbaycan Dövlət Mədəniyyət və İncəsənət Universitetinin tələbələri məzunları, müxtəlif teatrlarda çalışan gənc aktyorlar toplaşıb. Sayı 20 nəfərə yaxın olan bu gənclər uğurlara imza atacaqlarına əmindirlər.

   «Axın»da səhnələşdirilən ilk əsər isə «Tıq-tıq xanım» tamaşasıdır. Rejissor Vidadi Həsənov Abdulla Şaiqin «Tıq-tıq xanım» adlı məşhur nağılı əsasında teatrla-musiqinin vəhdətindən müzikl hazırlayıb. Tamaşada studiyanın üzvləri ilə yanaşı, “Yuğteatrının gənc aktyorları da iştirak edir. Quruluşda «Tıq-tıq xanım» nağılına qeyri-ənənəvi yanaşma var.

  

   Hər gün məşq, səs-nəfəs məşğələləri, plastika, səhnə danışığı dərsləri

  

   «Axın» studiyası təsdiq olunmuş proqram üzrə fəaliyyət göstərir, hər gün gərgin məşq prosesi gedir. Studiyanın üzvlərinin peşəkarlıq səviyyəsinin yüksəldilməsi məqsədi ilə onlarla hər gün səs və nəfəs məşğələləri, plastika, səhnə danışığıaktyorluq peşəsi ilə bağlı məşqlər keçirilir. Studiya aktyorların praktiki inkişafı ilə yanaşı nəzəri bilgilərə yiyələnməsinə də xüsusi önəm verir. Studiya üzvlərinə hər gün teatrşünaslar tərəfindən teatr sənətinin müxtəlif problemlərinə həsr olunmuş məruzələr oxunur, fərqli mövzularda diskussiyalar keçirilir. Studiyanın məşqlərini Vaqif İbrahimoğlu, Məmmədsəfa Qasımov, Vidadi Həsənov, Qasım Nağı, Yaqut Paşazadə, Tərlan Rəsulzadə, Ruslan Şöhrətoğlu Elçin Cəfərov aparırlar.

   V.Həsənov hazırda əsas gənc aktyorların peşəkarlıq səviyyəsinə diqqət yetirdiklərini bildirdi: «Bizim üçün vacib olan studiyaya gələn gənc sənətçilərin peşəkarlıq səviyyəsinin inkişafıdır. Odur ki, bu barədə hələ ki, çox danışmaq istəməzdim. Yaxın zamanlarda yeni bir işi təqdim etmək niyyətindəyik».

   Teatrın ədəbi hissə müdiri E.Cəfərov isə deyir ki, studiyanın fəaliyyətində əsas nəticə deyil, prosesdir: «Əslində teatr sənətində bir çox məqamlarda proses nəticədən daha önəmlidir. Studiyanın yaradılmasında məqsəd də məhz bu yaradıcı prosesi təmin etməkdir. Təbii ki, studiyanın fəaliyyəti uğurla davam edərsə, gələcəkdə həm “Yuğ” teatrı, həm də digər ölkə teatrları üçün yeni kadrların yetişməsinə kömək edə bilər. Mədəniyyət və İncəsənət Universitetini bitirib teatra işləməyə gələn aktyorun peşəkar sənətçi kimi formalaşması teatrdan böyük vaxt zəhmət tələb edir. Studiya təcrübəsi olan aktyor isə bu cür prosesi daha tez keçir, öz peşəkarlıq səviyyəsini gündən-günə yüksəldir. 21 il öncə Akademik Milli Dram Teatrının nəzdində “Yuğteatr studiyası yarananda bəlkə heç kim onun milli teatr məkanında hansı mövqeyi tutacağını proqnozlaşdıra bilməzdi. «Axın» yaradıcılıq studiyasının da gələcəyi haqda heç demək istəmirik. Hələ ki, gedir proses davam edir. Əsas olan da budur».

  

 

   Gülər Nizamiqızı

 

   Mədəniyyət.- 2011.- 1 aprel.- S. 7.