«Nə üçün qətl edilirik?»
TRT-nin Bakı nümayəndəliyinin çəkdiyi sənədli
film nümayiş olundu
Martın
30-da Türkiyənin Azərbaycandakı səfirliyində
TRT-nin Bakı nümayəndəliyinin lentə
aldığı «Nə üçün qətl edilirik?»
adlı sənədli filmin təqdimat mərasimi
keçirildi.
Film 1918-ci ilin martında erməni
quldur dəstələrinin azərbaycanlılara qarşı həyata
keçirdikləri soyqırımından bəhs edir. Filmin
nümayişindən əvvəl TRT-nin Bakı nümayəndəsi
Yüksəl Dəyərcan çıxış edərək
xalqımıza qarşı baş vermiş qırğınlardan
bəhs etdi: «Bu günə qədər azərbaycanlılara
qarşı 31 Mart, 20 Yanvar, 26 Fevral kimi qırğınlar
baş verib. Dünya bu qanlı olaylara hələ də susur.
TRT-nin Bakı nümayəndəliyi bu susqunluğu aradan
qaldırmaq istədi və «Nə üçün qətl
edilirik?» adlı sənədli filmini çəkdi. Biz nədən
qətllərə məruz qalırıq? Ona görə ki,
türkük, müsəlmanıq».
Sonra 1918-1920-ci illərdə və
ötən əsrin sonlarında ermənilər tərəfindən
Azərbaycanda həyata keçirilən qətliamlar,
Xocalı soyqırımı barəsində faktlara əsaslanan
kadrlar, tarixçi-professor Cəbi Bəhramov və digər
ekspertlərin şərhlərinin yer aldığı film
nümayiş etdirildi. Filmdən məlum olur ki, 1918-1920-ci illərdə
on minlərlə insan erməni dəstələri tərəfindən
qətlə yetirilib, qan qardaşlarının harayına gəlmiş
Osmanlı imperiyasının Qafqaz İslam Ordusu Bakıya daxil
olmaqla Azərbaycan torpaqlarını azad edərkən 1130
şəhid verib. Filmdə 1918-ci ildə ermənilərin qətlə
yetirdiyi insanların kütləvi dəfn olunduğu Quba məzarlığında
çəkilən kadrlar da maraq doğurur.
Tədbirdə çıxış
edən Türkiyənin ölkəmizdəki səfiri Hulusi
Kılıc vurğuladı ki, Türkiyə hər zaman Azərbaycanın,
Azərbaycan isə Türkiyənin yanında olacaq: “Belə
bir filmin çəkilməsi də bizim birliyimizi göstərir
və bunu dəyərləndirmək lazımdır».
Mehparə
Mədəniyyət.-
2011.- 1 aprel.- S. 4.