«III Milli Uşaq Kitabı Sərgisi» keçirildi
2 aprel - “Beynəlxalq Uşaq
Kitabı Günü” münasibətilə F.Köçərli
adına Respublika Uşaq Kitabxanasında «III Milli Uşaq
Kitabı Sərgisi» keçirildi. Qeyd olundu ki, tədbirin məqsədi
balaca oxucuları milli uşaq ədəbiyyatı ilə
Kitabxana direktoru uşaqlarda
mütaliə mədəniyyətinin inkişaf etdiyini də
vurğuladı: «Uşaqlar mütaliəyə maraq göstərirlər.
Biz indi yüksək tərtibatla nəşr olunan gözəl
uşaq kitabları əldə edə bilirik. Ona görə də
biz uşaqlara kitab təqdim etməkdə çətinlik
çəkmirik”.
Uşaq yazıçısı
Sevinc Nuruqızı da balacalarda kitaba marağın
artmasından söz açdı: «Bunu müxtəlif nəşriyyatların
uşaq kitabları işinə maraq göstərmələri
ilə əlaqələndirərdim. İndi mütaliə etməyi
sevən və bacaran hər kəs kitab mağazalarında
çox maraqlı uşaq ədəbiyyatı nümunələrini
əldə edə bilər. Köçərli adına
Uşaq Kitabxanasının da bu sahədə gözəl ənənəsi
var, kitabxana müxtəlif kitab bayramları keçirir və
bununla da çox xeyirxah iş görülür. Belə
bayramların mütaliəni sevən uşaqların həyatında
rolu böyükdür».
Tədbirdə daha sonra uşaqlar
arasında «Boxçadan suallar» adlı viktorina keçirildi,
qaliblərə hədiyyələr təqdim olundu.
Gülər
Mədəniyyət.-
2011.- 6 aprel.- S. 13.