“Mədəniyyətlərarası dialoq” mövzusunda
fotomüsabiqəyə yekun vurulacaq
Xəbər
verdiyimiz kimi, Bakıda keçirilən Dünya Mədəniyyətlərarası
Dialoq Forumu ilə bağlı Mədəniyyət və Turizm
Nazirliyi “Mədəniyyətlərarası dialoq” mövzusunda
“Ən yaxşı fotoşəkil” müsabiqəsi elan edib.
Müsabiqənin məqsədi Azərbaycanı
mədəniyyətlərarası dialoq mərkəzi kimi təqdim
etmək, dünya xalqları və müxtəlif sivilizasiyalar
arasında dialoq və əməkdaşlığı təşviq
etməkdir. Müsabiqəyə rəngli və ya ağ-qara
fotoşəkillərin təqdim olunması nəzərdə
tutulub.
Mədəniyyət və Turizm
Nazirliyindən aldığımız məlumata görə,
20-dən çox fotoqraf öz işlərini müsabiqəyə
təqdim edib. Həmin işlərdən ən
yaxşıları seçilərək Dünya Mədəniyyətlərarası
Dialoq Forumunun keçirildiyi günlərdə “Gülüstan”
sarayında nümayiş olunacaq. Forum
iştirakçıları 7-9 aprel tarixlərində gizli səsvermə
yolu ilə müsabiqənin qaliblərini təyin edəcəklər.
Müsabiqənin qalibləri üçün hər biri
müvafiq olaraq 3000, 2000 və 1000 manat məbləğində
1-ci, 2-ci və 3-cü dərəcəli mükafatlar təsis
edilib. Müsabiqənin qaliblərinin təltifetmə mərasimi
aprelin 8-də “Buta” sarayında Forum
iştirakçılarına veriləcək ziyafətdə
keçiriləcək.
Mədəniyyyət.-
2011.- 6 aprel.- S. 5.