Bu gün dünyada
hamı başa düşür
ki, mədəniyyətlərarası dialoq vacibdir
Cahangir Səlimxanov, kulturoloq, Avropa Mədəniyyət
Paytaxtları Parlamentinin üzvü
- Bakıda keçirilən
Dünya Mədəniyyətlərarası Dialoq Forumu, əlbəttə
ki, indiyədək ölkəmizin bu sahədə həyata
keçirdiyi təşəbbüslərin, görülən
işlərin məntiqi nəticəsidir. Eyni zamanda, ümid
edirik ki, Bakı Forumu və bundan sonra mədəniyyətlərarası
dialoq mövzusunda keçiriləcək forumlar daha maraqlı
tədbirlərin təməl daşı olacaq. Əslində,
demək olar ki, ümumi müddəalar eynidir. Yəni bu
gün dünyada hamı başa düşür ki, mədəniyyətlərarası
dialoq vacibdir. Bunsuz müasir cəmiyyətin inkişafı
mümkün deyil. Bunun metod və formalarının
tapılması, ən müvəffəqiyyətli
misalların bütün dünyaya yayılması və təkrar
olunması, əlbəttə ki, çox vacib bir işdir. Mən
istərdim ki, belə bir böyük tədbir, nazirlərin
görüşləri və dünyanın aparıcı təşkilatlarının
görüşləri ilə yanaşı, bu sahədə
işlək bir mərkəz olsun. Bu mərkəz bütün
müsbət təcrübənin, cərəyanların Azərbaycanda
yayılmasını həyata keçirsin.
Mədəniyyət.-
2011.- 6 aprel.- S. 15.