Bakı mədəniyyətlərarası
dialoqun ənənəvi
məkanına çevriləcək
Serik Primbetov, Qazaxıstanın Azərbaycandakı
fövqəladə və səlahiyyətli səfiri
Aprelin 7-dən 9-dək Bakıda
keçiriləcək Dünya Mədəniyyətlərarası
Dialoq Forumu beynəlxalq əhəmiyyət kəsb edən
olduqca mühüm hadisədir. Bu sözləri jurnalistlərə
açıqlamasında Qazaxıstanın Azərbaycandakı
səfiri Serik Primbetov deyib.
Səfir gündən-günə
daha da möhtəşəm görkəm alan Azərbaycan
paytaxtının belə bir mötəbər tədbirə ev
sahibliyi etməsinin əhəmiyyətini xüsusi
vurğulayıb. Onun sözlərinə görə, 2009-cu ildə
İslam Mədəniyyətinin Paytaxtı elan olunan Bakı
belə bir mötəbər Dünya Forumuna ev sahibliyi etməklə
beynəlxalq miqyasda mədəniyyətlər və
konfessiyalararası dialoqun ənənəvi məkanına
çevriləcək.
Səfir S. Primbetov
Qazaxıstanın Forumda Mədəniyyət Nazirliyinin əməkdaşlarından
ibarət nümayəndə heyəti ilə təmsil
olunacağını bildirib.
Mədəniyyət.-
2011.- 6 aprel.- S. 15.