Tolerantlıq nümunəsi olan Azərbaycanın belə bir tədbirə ev sahibliyi etməsi təbiidir

 

   Rasim Musabəyov, millət vəkili, politoloq

  

   Ölkəmizin Dünya Mədəniyyətlərarası Dialoq Forumu kimi böyük beynəlxalq tədbirə ev sahibliyi etməsi təqdirəlayiq haldır. Azərbaycan mədəniyyətlərin qovuşduğu bir məkanda yerləşir. Bu baxımdan ölkəmizin mədəniyyəti də çoxrənglidir. Burada Avropa Şərq, Şimal Cənub mədəniyyəti qovuşur. Bu baxımdan Azərbaycanın özünəməxsus rəngarəngliyi olmalıdır. Bizim mədəniyyətimizdə tolerantlıq hər zaman xüsusi yer tutub. Dünyaya tolerantlıq nümunəsi olan Azərbaycanın belə bir tədbirə ev sahibliyi etməsi tamamilə təbii və məntiqidir. Bədnam qonşularımız beynəlxalq aləmdə Azərbaycanı qaralamağa hər cür cəhdlər edir, bəziləri isə Azərbaycan deyəndə yalnız neft, qaz təsəvvür edirlər. Belə olan halda bu tədbirin Azərbaycanda keçirilməsi təbii ki, ölkəmizin dünyada daha da tanınması, mədəniyyətimizi irəli aparmaq baxımından, ölkəmizin eyni zamanda yüksək mədəniyyətə malik olan dövlət kimi təqdim olunması baxımından böyük üstünlükdür.

 

 

  Mədəniyyət.- 2011.- 6 aprel.- S. 15.