Tikmədaşlı
Xəstə Qasım
Haqq aşığı
Tikmədaşlı Xəstə Qasım o xoşbəxt
sənətkarlardandır ki, mənəvi dünyasında
tükənməz işıq və ilahi eşq fəlsəfəsi
daşıyır.
Odur ki, sirlərlə, müəmmalarla
dolu Xəstə Qasım bu gün də möcüzə
olaraq qalmaqdadır. Tanıdığımız, əslində
tanımaq üçün 40 hikmət qapısının
39-nu açsaq belə 40-cı qapının o üzündəki
Xəstə Qasım dünyasını dərk etmək
qüdrətində deyilik. Sadəcə zaman-zaman Xəstə
Qasımın söz aləminə, hikmət qapısına
boylanırıq.
Bir əcaib ağac gördüm,
kökü bir, budağı üç.
Hər budaqdan altmış
çiçək,
yüz səksən budağı
üç.
Cəm idi on iki, on üç, altı otuz sərasər,
Yeddi təbib açar, yumar,
bağçası
bir, bağı üç.
Yaddaşlardan-yaddaşlara
köçən rəvayətlərə
görə, Xəstə
Qasım XVIII əsrdə
Tehran-Təbriz yolunun kənarında Qarqalan dağının ətəyində
yerləşən Tikmədaş
kəndində dünyaya
gəlib. Doğma kəndində molla məktəbini başa vurandan sonra dövrünün elm mərkəzlərindən
olan Ərdəbildə
təhsil alıb, Şeyx Səfi mədrəsəsində yaradıcılığa
da elə o illərdə başlayıb.
“Xəstə Qasımın Ərdəbil
səfəri” dastanına
görə, müəllimi
ona nə qədər dərs öyrətsə də, Qasım başa düşmür, axırda
müəllimi onun məktəbdən çıxaracağı
ilə hədələyir.
Qasımın əli hər yerdən üzülür. O gecə
yuxuda Həzrəti Əlini görüb ondan badə alır, bir gecənin içində təriqətin ən yüksək qatlarına çatır.
Xəstə Qasım deyir dəst-rəst oldum,
Şah əlindən badə içib məst oldum,
Saylı beş gün Şeyx Səfidə bəst oldum,
Onda bəyan oldu dörd kitab mənə.
Xəstə Qasım sonralar 14 il müddətində
Şeirlərindən
bəlli olduğu kimi, Xəstə Qasım Qurani-Kərimi əzbərdən bilməklə
yanaşı, müqəddəs
kitabı avazla oxuyar, eyni zamanda
mahir xəttat olduğuna görə öz xətti ilə Quranın və başqa qiymətli kitabların üzünü köçürərmiş.
Xəstə Qasım deyir qalmadı tabım,
Qızılgültək
çəkilibdir gülabım,
Cədvəlkeş
Quranım, qırx cild kitabım,
Zərnişanlı
qələmdanım necə
olsun.
“Xəstə Qasım”, “Biçarə Qasım”, “Molla Qasım” təxəllüsləri
ilə şeirlər yazan aşığın
“Xəstə” təxəllüsünü
götürməsi ilə
bağlı da müxtəlif fikirlər söylənməkdədir. Bu fikirlər
arasında haqq aşığının özünü
eşq xəstəsi adlandırması gümanı
da var. Çünki Xəstə Qasım gənc yaşlarından təsəvvüf dairəsinə
daxil olmuş, ali həqiqət axtarışına çıxmışdır.
Xəstə Qasımın yaradıcılığı
çoxşaxəliliyi ilə
seçilir. O, klassik şeir janrlarında - qəzəl, qəsidə,
məsnəvi yazmaqla yanaşı, ilk dəfə
aşıq ədəbiyyatında
“döşləmə” şeir
növünün əsasını
qoymuş, qoşma-müstəzad,
aşıq yaradıcılığında
bugünədək məlum
olan ilk dodaqdəyməz
nümunəsini də
elə o yaratmışdır:
Oxudum Quranı çıxdım
Yasinə,
İgid olan ixlas bağlar
Yasinə,
Aşıq deyər ya sına,
Namərd boynu ya sına.
Nanəcibə
söz demə,
Ya inciyə, ya sına.
Qasım ölər, ellər gələr yasına,
Eşidənlər
deyər, ay hayıf, hayıf.
Bunlardan əlavə, Xəstə Qasım həm də “əvvəl-axır”
deyilən şeir-sənət
nümunəsini ilk dəfə
bir gəraylısında
işlətmişdir.
Ay ariflər, bir tərlanım uçubdur,
Sağ əlimdən sol əlimə
alınca.
Onu tutan xeyrü-bəhrin görməsin,
Mən yazığın naləsi
var dalınca.
Ancaq aşıq ədəbiyyatında
Xəstə Qasım daha çox öz ustadnamələri ilə məşhurdur.
Elə bir kişinin tut ətəyindən,
Bil sənə imdadı ol eylər-eylər.
Zərrəcə üstündə
olsa nəzəri
Yerdən daş götürsən,
ləl eylər-eylər.
Ömrünün çoxunu
qürbətdə keçirdiyindən Xəstə
Qasımın yaradıcılığında Vətən həsrətli
şeirlərinin də xüsusi yeri var.
Xəstə Qasım, tamam oldu
sözlərim,
Eşq ucundan külə
döndü gözlərim,
Qərib yerdə, yad ölkədə
gözlərim,
Vətən deyib ağla, ağlar qal indi.
Xəstə Qasımın adı ilə bağlı “Xəstə Qasımın
Dərbənd səfəri”,
“Xəstə Qasımın
Urmiyə səfəri
” , “Xəstə Qasımın
Dağıstan səfəri”
dastanları günümüzə
qədər gəlib çatmasa da, “Əliyar və Məsum”, “Camal ilə Abdulla” (Azərbaycanda yayılmış
“Cahan ilə Abdulla”),
“Xəstə Qasım
və Mələksima”
dastanlarının onun
tərəfindən yaradıldığı
söylənilir.
Xəstə Qasım, kimə qılsın dadını
Canı çıxsın, özü
çəksin odunu,
Yaxşı igid yaman etməz adını,
Çünki yaman addan ölüm
yaxşıdı.
Xəstə Qasım aşıq ədəbiyyatında elə
bir bağdır ki, ondan sonra
gələnlər bu bağın söz güllərini dərdilər,
fikir yükündən
yük götürdülər,
hikmət bulağından
su içdilər. Bu gün də Xəstə Qasım dünyası saz-söz sənətimizin ən müqəddəs, toxunulmaz
abidələrindəndir. Zaman
su kimi rahat,
dəvə karvanı
kimi ləngərli, dəyirman daşı kimi ağır-ağır
ötüb keçdikcə
də belə olacaq.
Təranə Vahid
Mədəniyyət.- 2011.- 8 aprel.-
S. 13.