Ürək yananda...

 

    Rejissor-aktyor Ceyhun Mirzəyevin 65 illiyi münasibətilə

  

   Aktyor, rejissor - hər iki peşə orqanik şəkildə bir insanın istedadında birləşir. Ceyhun Mirzəyevin ustalıqla öhdəsindən gəldiyi hər iki peşədə tamaşaçı qızğın, çılğın, öz sənəti ilə xalqına xidmət edən sənətkarın ürək yanğısını görür. Onun bütün rolları orijinallığı, səmimiyyəti, temperamenti ilə fərqlənir.

     

   Biz ekranda onun ifasında ərköyün, balaca İsmayılla, öz əsgəri borcunu vicdanla yerinə yetirən zabit İsmayılla, satqınlıq üstündə atası tərəfindən cəzalandırılan Fortunato ilə, vətənpərvər Manolo ilə, inqilabçılara kömək etmək istəyən Teymurla, xalqın maariflənməsinə xidmət edən Osmanla, Böyük Vətən müharibəsi başlayanda ön cəbhəyə yollanan əsgərlə, hər cür fırıldaq yolu ilə pul qazanan İbadulla ilə, qaçaqlar tərəfindən malı əlindən alınmış tacirlə tanış oluruq.

   Ceyhun Mirzəyevin yaradıcılıq bioqrafiyası erkən yaşlarından başlayıb. 1955-ci ildə, 9 yaşı olanda ilk dəfə rejissor Tofiq TağızadəninGörüşbədii filmində epizodik rola çəkilib.

   Vaxtilə mən “Kino” qəzetinin redaktoru olarkən Ceyhunla bağlı redaksiyamız çoxlu məktublar alırdı. Məktublara C.Mirzəyevin cavabları maraqlı olardı. Həmin müsahibələrin birində Ceyhun kinoya gəlməsini belə xatırlayırdı: “Uşaqlıq illərini xatırlamaq həm xoşdur, həm bir qədər kədərli. Uşaqlıq dövrünü xatırlayanların hamısı bu hissləri keçirir. Mənim uşaqlığım isə qeyri-adi olub. Çünki uşaq vaxtımdan kino mənim həyatıma həmişəlik daxil olub. Televiziya yenicə fəaliyyətə başlayanda özünün ilk eksperimentlərini keçirirdi. Mən isəSizin üçün, məktəblilərverilişini aparırdım. Yaşıma görə çox şeyi başa düşmürdüm. Lakin ətrafımda yeniliklərin baş verdiyini hiss edirdim. Ona görə həvəslə işləyir, şeir deyirdim. Sonra televerilişin aparıcısı oldum.

   Televiziyada məni rejissor Tofiq Tağızadə gördü Görüşfilmində Şıxəlinin oğlu rolunu mənə tapşırdı. Bir ildən sonra rejissor Əjdər İbrahimovunBir məhəlləli iki nəfərfilmində qəzet satan oğlanı oynadım. Bundan sonra rejissor Həbib İsmayılovunÖgey anafilminə çəkildim. Mən böyük şöhrət tapan bu kinomelodramda özümün ilk baş rolumu ifa etdim”.

   Ceyhunun balaca qəhrəmanı İsmayıl çox erkən anasını itirmişdi. O, qarşılıqlı məhəbbət ab-havasında ata nənəsi ilə birgə yaşayırdı. Ola bilsin ki, bu məhəbbət uşağın gözlərini bağlamış onu xudbinə çevirmişdi. Ona görə İsmayıl evlərində baş verən dəyişiklikləri qəbul etmirdi. O, belə hesab edirdi ki, atası yalnız ona məxsusdur. Atasını onun əlindən almağa heç kəsin ixtiyarı yoxdur.

   Budur, ata gözlənilmədən evlənir, nənə qəm-qüssə içərisindədir. Uşaq özgə qadını ana olaraq heç cür qəbul etmək istəmir. Lakin hadisələrin inkişafı prosesində ögey ana ilə İsmayıl arasında tədricən mehribanlıq yaranır, İsmayıl Dilarəyəanadeyə müraciət edir.

   Bu filmdə Ceyhunun qarşısına heç asan aktyor vəzifəsi qoyulmamışdı. Lakin yeniyetməlik, gənclik tərəddüddən uzaq olur. Ceyhun bu rolu şövq həvəslə oynayırdı. Fəxr edirdi ki, yüz uşağın arasında bu rola məhz onu seçiblər.

   Sonrakı illərdə C. Mirzəyev rejissor T.TağızadəninƏsl dost” (Fərmanın uşaqlığı) “Mateo Falkone” (Fortunato) filmlərində müxtəlif rollar ifa edib.

   1961-ci ildə rejissor Q.KoltunovLenfilmkinostudiyasında (Rusiya) “Qara qağayıbədii filmini çəkdi. Film kubalıların öz milli azadlıqları uğurunda qəhrəmanlıq mübarizəsinə həsr olunmuşdu. C.Mirzəyev həmin filmdə gənc vətənpərvər Manollo rolunda çıxış etdi. Çəkiliş vaxtı Ceyhunun maraqlı aktyorlarla - Sergey Yurski, Hikolay Volkov, İqor Dmitriyev Anatoli Adoskinlə tanışlığı gənc aktyor üçün gözəl peşəkar məktəb oldu.

   Onun digər kinostudiyalardakı işlərindən danışarkən rejissor T.Tereşşenkonun Odessa kinostudiyasında çəkdiyiKompanyerosbədii filmini xüsusi qeyd etmək lazımdır. Sovet məktəblilərinin beynəlmiləlçilik əlaqələrindən söhbət açan bu filmdə Ceyhun bu dəfə Sovet İttifaqında təhsil almağa gəlmiş gənc kubalı oğlan rolunu oynadı. Bu, heç uşaq rolu deyildi. Qəhrəmanları artıq Ceyhunla birgə böyüyürdülər.

   Həmin dövrdə C.Mirzəyev Azərbaycan Dövlət İncəsənət İnstitutunun rejissorluq fakültəsinin tələbəsi idi. İnstitutda oxumaqla yanaşı, rejissor H.SeyidzadəninYenilməz batalyonfilmində Teymur Dəli Kürfilmində Osman, rejissor H.SeyidbəylininCazibə qüvvəsinovellasında Səməndər, rejissor M.DadaşovunQanun naminəfilmində Absalam digər surətlər yaratmışdı.

   Ceyhun Mirzəyev dramatik rollar kimi, komik rolları da eyni səviyyədə ifa edirdi. «Yol əhvalatı» və «Lətifə» kinokomediyalarını görənlər dediklərimizin şahidi ola bilərlər. «Yol əhvalatı»nda Ceyhunun qəhrəmanı İbadulla aeroportun rəisidir. Ona təklif olunan rüşvətin müqabilində adamlarla birlikdə təyyarəyə qoyunları doldurur və qəhrəmanımız çox gülünc vəziyyətlərə düşür.

   “Lətifə” sosial pamfletində Ceyhunun ifa etdiyi Məmmədov obrazı həm aktyorun özü, həm də tamaşaçılar üçün tamamilə yeni idi. Kimdir axı bu Məmmədov? Rayon partiya komitəsi katibinin qəbul otağında cərəyan edən hadisələrin “gözəgörünməz dirijoru”. Bu obraz Ceyhunun yaradıcılıq potensialının yeni cəhətlərini üzə çıxardı, aktyorun daha böyük, daha dərin psixoloji surətlər yaratmaq iqtidarında olduğunu göstərdi.

   Kino sənətinə ciddi və dərin düşünülmüş münasibət Ceyhun Mirzəyevi rejissor sıralarına gətirib çıxartdı. Amma Ceyhun rejissorluğa gəlib çıxana kimi uzun bir yol keçmişdi. O, institutu bitirəndən sonra «Azərbaycanfilm» kinostudiyasında rejissor assistenti işləyirdi. «Lenfilm» kinostudiyasının yaradıcı qrupu Bakıya gəlib «Mənim xeyirxah atam» televiziya bədii filmini çəkəndə Ceyhunu rejissor assistenti vəzifəsinə işə qəbul etmişdilər.

   1971-ci ildən isə o, filmlərə çəkilməklə bərabər «Mozalan» satirik kinojurnalında əvvəlcə rejissor assistenti, sonradan rejissor işləmiş, 100-ə yaxın sənədli süjet yaratmışdı. 80-ci illərin əvvəllərində Ceyhun «Mosfilm» kinostudiyasında təcrübə keçmiş, «Atanın üç oğlu var idi» iki seriyalı televiziya filmində rejissor-praktikant işləmişdi. Məhz bundan sonra Ceyhunu bədii filmlərin quruluşçu rejissoru kimi görür və qiymətləndiririk.

   «Bəyin oğurlanması» bədii filmi Ceyhunun böyük ekranda ilk işidir. Ceyhun bu filmə Vaqif Mustafayevlə birgə 1985-ci ildə quruluş verib. Bu əyləncəli kinokomediya hər şeydən əvvəl insan səadəti, bu səadət uğrunda aparılan mübarizə haqqındadır.

   «Bəyin oğurlanması»ndan fərqli olaraq «İşarəni dənizdən gözləyin» filmini Ceyhun Mirzəyev müstəqil çəkib. Qəhrəmanlıq-macəra janrında olan film yazıçı Firudin Ağayevin «İldırım dənizdə çaxır» və «İldırım ömrü» romanlarının motivləri əsasında çəkilib. Film Azərbaycanın hərbi-dəniz işləri üzrə ilk xalq komissarı Çingiz İldırıma həsr olunub. Ekran əsərində təsvir olunan hadisələr 1920-ci il aprelin sonunda, Azərbaycan Xalq Cümhuriyyətinin süqut etdiyisovet hakimiyyətinin qurulduğu dövrdə Bakıda cərəyan edir.

   Filmə bugünkü tarixi gerçəklikdən yanaşsaq, demək lazımdır ki, Çingiz İldırım Xalq Cümhuriyyətinə qarşı silahlı üsyanın hazırlanmasında mühüm rol oynamış bir şəxs, leninçi-bolşevik olub. Yəni tarixi-inqilabi janrda çəkildiyinə görə bu gün filmdəki hadisələr müasir tamaşaçı üçün o qədər də maraq doğurmur, ancaq rejissor olaraq Ceyhun Mirzəyevin işi diqqəti çəkir, o dövr Bakısının ab-havası inandırıcıdır, hadisələr dinamik inkişaf edir. Yaradıcı qrup səthilikdən və sxematiklikdən uzaqlaşa bilmiş, yaxşı bədii səviyyəli kino əsəri ərsəyə gətirmişdir.

   1987-ci ilin yayında Oktyabr İnqilabının 70 illik yubileyi münasibətilə Moskvada keçirilən “Azərbaycan kinosu günləri”ndə nümayəndə heyətimizin tərkibində rejissoraktyor C.Mirzəyev də vardı. Moskvada olarkən bir gün axşam Ceyhun mənə bildirdi ki, bir film çəkmək istəyir. Bu filmdə İsmayıl artıq ailə başçısıdır, özü də hərbçidir, anası Dilarə xanım artıq qocalıb. O zaman «Ögey ana»dakı Dilarə xanımı ifa edən gözəl aktrisamız Nəcibə Məlikova da sağ idi. Ceyhun Nəcibə xanımla bu barədə söhbət də etmişdi.

   Lakin sonralar erməni faşistləri ölkəmizə təcavüz etdilər, torpaqlarımızın bir hissəsi işğal olundu. Beləliklə, Ceyhun «Fəryad» bədii filmini çəkdi. Film çəkilərkən Nəcibə xanım artıq vəfat etmişdi. Onun əvəzinə İsmayılın ögey anasının rolunu sevimli aktrisamız Elmira Şabanova oynadı.

   Qarabağ müharibəsini bütün reallığı ilə ekranda canlandıran «Fəryad» kinodramı Ceyhunun - bir vətəndaşın, bir sənətkarın köksündən qopan fəryaddır. Bu filmin çəkilişləri aparılanda ölkəmizdə mürəkkəb vəziyyət yaranmışdı. Hər gün cəbhələrdən ağır xəbərlər gəlir, məhəllələrdə tez-tez yas çadırları qurulurdu.

   Belə bir vaxtda ədəbiyyat və incəsənət adamlarının böyük əksəriyyəti Qarabağ müharibəsi ilə bağlı müşahidəçi mövqeyində durmuşdular, çoxları «bu barədə hələ əsər yaratmaq vaxtı deyil» deyirdi. Məhz belə mürəkkəb bir vəziyyətdə həyatda heç bir şeyə laqeyd qala bilməyən Ceyhun qollarını çırmalayıb işə girişdi. Həyatı bahasına Goranboyda «Fəryad»ın çəkilişlərinə başladı. O, filmin hər bir kadrını ürəyi sızıldaya-sızıldaya , göz yaşları içərisində lentə alırdı.

   Ceyhun o balaca İsmayılı böyüdüb cəbhəyə yolladı, vətəni qorumaq üçün. Batalyon komandiri İsmayılı ən ağır sınaqlardan çıxartdı. Ceyhun özü isə ölkəmizdəki fəlakətlərə, xalqımızın başına gətirilən müsibətlərə dözmədi.

   Film çəkildi, ekranlara buraxıldı, amma Ceyhunsuz. Ceyhun böyük kinoya İsmayılla gəldi, böyük kinodan İsmayılsız getdi, ekranda öz İsmayılını yaradıb, bizim üçün yadigar qoydu.

   «Fəryad» bədii filminə görə Ceyhun Mirzəyev ölümündən sonra «Bakılı» cəmiyyətinin «Humay» mükafatına, Hacı Zeynalabdin Tağıyev adına Azərbaycan milli mükafatına Azərbaycan filmlərinin III festival-müsabiqəsinin diplom mükafatına layiq görüldü.

   CeyhununFəryad”ı bu gün daha gur eşidilir. “Fəryadxalqımızın İsmayıl kimi igid oğullarının doğma torpaqlarımızı erməni faşistlərindən azad etməyə səsləyir. Bu, gözəl sənətkarımız, kinorejissor kinoaktyor Ceyhun Mirzəyevin çağırışıdır.

  

 

   Aydın Kazımzadə,

   Əməkdar incəsənət xadimi

 

  Mədəniyyət.- 2011.- 8 aprel.- S. 10.