Qarşılıqlı anlaşma olmasa...”

 

   “UNESCO-nun Dağlıq Qarabağa səfər edəcək faktaraşdırıcı missiyasının funksiyası aydın olsa da, tərkibi və səfərin vaxtı müəyyənləşməyib. Çünki bu səfər qarşılıqlı anlaşma əsasında həyata keçirilməlidir. Qarşılıqlı anlaşma olmasa, faktaraşdırıcı missiyanın bölgəyə gəlməsi qeyri-mümkündür”. Bu barədə mədəniyyət və turizm naziri Əbülfəs Qarayev jurnalistlərə açıqlama verib.

   Nazir Azərbaycan tərəfin faktaraşdırıcı missiyaya ünvanlanan şərtlərini də açıqlayıb: «Bizim tələbimiz ondan ibarətdir ki, faktaraşdırıcı missiya mədəni irsin vəziyyətini öyrənmək istəyirsə, Azərbaycanın işğal olunmuş torpaqları ilə yanaşı, Ermənistana və Azərbaycana eyni zamanda gəlməli və vəziyyəti təhlil etməlidir. İkinci şərtimiz isə odur ki, missiya Dağlıq Qarabağa Azərbaycan tərəfindən getməlidir. Komissiya eyni tərkibdə, eyni zamanda hər yerdə olmalıdır».  

 

 

   Gülər

 

   Mədəniyyət.- 2011.- 8 aprel.- S. 4.