Avropa Şurasının keçmiş baş katibi Valter Şvimmer Turizm İnstitutunun qonağı olub

 

   Bakıda keçirilən Dünya Mədəniyyətlərarası Dialoq Forumunun iştirakçısı, Avropa Şurasının sabiq baş katibi, Dünya İctimai Forumunun Beynəlxalq Əlaqələndirmə Komitəsinin sədri Valter Şvimmer Azərbaycan Turizm İnstitutunun qonağı olub.

   

   İnstitutun rektoru Cəfər Cəfərov ölkəmizin təhsil ocaqları arasında layiqli yer tutan ATİ-nin fəaliyyəti barədə qonağa ətraflı məlumat verib. Rektor ATİ-nin Avropanın ali təhsil ocaqları ilə yaxından əməkdaşlıq etdiyini, Avstriyanın Krems, Almaniyanın Yade universitetləri ilə ikili diplom haqqında müqavilə imzaladığını diqqətə çatdırıb.

   Təhsil sahəsində dünyanın nüfuzlu universitetləri ilə birbaşa əlaqələrin yaradılması və möhkəmləndirilməsinin təhsil müəssisəsinin üstünlüyü olduğunu deyən V.Şvimmer müxtəlif layihələrdə iştiraka maraq göstərilməsinin vacibliyini tövsiyə edib.

   V.Şvimmer görüş iştirakçılarının suallarını da cavablandırıb, səmimi qarşılanma və qonaqpərvərliyə görə ATİ-nin rektoru C.Cəfərova təşəkkür edib.

 

 

   Fəxriyyə Abdullayeva

 

   Mədəniyyət.- 2011.- 13 aprel.- S. 9.