Qara Qarayev adına
IV Beynəlxalq müasir musiqi
festivalı başa çatdı
Aprelin 8-də Müslüm Maqomayev adına Azərbaycan Dövlət
Filarmoniyasında Qara Qarayev
adına IV Beynəlxalq müasir
musiqi festivalının
təntənəli bağlanış mərasimi olub.
Mərasimdə mədəniyyət və turizm nazirinin müavini Ədalət Vəliyev çıxış edərək aprelin 2-dən 8-dək davam etmiş festivalın əhəmiyyətini diqqətə çatdırıb.
Azərbaycanın beynəlxalq mədəniyyət
və incəsənət
festivalları məkanına
çevrildiyini xüsusi
vurğulayan nazir müavini dahi bəstəkar Qara Qarayevin adını daşıyan festivalda
10-dan çox ölkənin
musiqi qruplarının
geniş konsert proqramları ilə çıxış etdiklərini
bildirib. Konsert proqramlarına Azərbaycan
musiqiçiləri ilə yanaşı, Almaniya, Fransa, Rusiya və
digər ölkələrdən 50-dək bəstəkarın
əsərləri daxil edilib. Onların sırasında gənc
bəstəkarlar da yer alıb.
Beynəlxalq festivalın təntənəli
bağlanış mərasimində Üzeyir Hacıbəyli
adına Azərbaycan Dövlət Simfonik Orkestri geniş
konsert proqramı ilə çıxış edib. Orkestrin bədii rəhbəri və baş dirijoru Xalq artisti, professor Rauf Abdullayevdir.
Solist kimi isveçrəli violin
ifaçısı Patrisia
Kopatçinskaya çıxış
edib. Konsertdə görkəmli Avstriya bəstəkarı Alban Berqin,
Qara Qarayevin və Fərəc Qarayevin əsərləri
səslənib.
Mədəniyyət.- 2011.- 13 aprel.-
S. 8.