MDB ölkələrinin mədəniyyətlərarası
dialoqda ənənələri müzakirə olundu
Aprelin 9-da “Gülüstan” sarayında Dünya Mədəniyyətlərarası
Dialoq Forumu çərçivəsində MDB Ölkələrinin
Dövlətlərarası Humanitar Əməkdaşlıq
Fondu formatında tədbir keçirildi.
“MDB ölkələrində mədəniyyətlərarası
dialoqun ənənələri və perspektivləri: mədəniyyət,
təhsil, kommunikasiya” mövzusunda keçirilən tədbirdə
çıxış edən mədəniyyət və turizm
naziri Əbülfəs Qarayev Dünya Mədəniyyətlərarası
Dialoq Forumunun əhəmiyyətindən söz açdı. Nazir
MDB Ölkələrinin Dövlətlərarası Humanitar Əməkdaşlıq
Fondunun mədəniyyətlərarası dialoqa böyük
töhfələr verdiyini dedi. Qeyd olundu ki, Dünya Mədəniyyətlərarası
Dialoq Forumuna ev sahibliyi edən Bakı MDB Humanitar Əməkdaşlıq
Fondunun tədbirlərinin keçirilməsi üçün
daimi məkana çevrilə bilər.
Azərbaycanın Rusiyadakı səfiri,
MDB Ölkələrinin Dövlətlərarası Humanitar Əməkdaşlıq
Fondu idarə heyətinin sədri Polad Bülbüloğlu
Bakıda belə bir mötəbər Forumun təşkil edilməsinin
üstünlüklərindən danışdı. Səfir
MDB Ölkələrinin Dövlətlərarası Humanitar Əməkdaşlıq
Fondunun yaranma tarixi və fəaliyyətindən də bəhs
etdi.
Tədbirdə tanınmış
azərbaycanlı rəssam, UNESCO Rəssamlar Birliyinin
üzvü Sakit Məmmədova Rusiya İmperator Rəssamlıq
Akademiyasının fəxri akademiki vəsiqəsi təqdim
olundu.
Rusiya Prezidentinin beynəlxalq mədəni
əməkdaşlıq üzrə xüsusi nümayəndəsi,
MDB Ölkələrinin Dövlətlərarası Humanitar Əməkdaşlıq
Fondu idarə heyətinin həmsədri Mixail Şvıdkoy
Bakı Forumunda çox vacib məsələlərin
müzakirə edildiyini nəzərə çatdırdı. Hazırkı
dövrdə mədəniyyətlərarası dialoqa daha
çox ehtiyacın olduğunu qeyd edən M.Şvıdkoy tədbirin
yüksək səviyyədə təşkilinə görə
Azərbaycan rəhbərliyinə minnətdarlığını
bildirdi.
Görkəmli qazax şairi, alim və
ictimai-siyasi xadim Oljas Süleymenov bildirdi ki, Bakı belə bir
möhtəşəm tədbirin keçirilməsi
üçün layiqli şəhərdir. O.Süleymenov qeyd
etdi ki, SSRİ-nin süqutundan sonra bir çox respublikalarda mədəniyyətlərarası
dialoq olmasa da, bu məsələyə Azərbaycanda hər
zaman böyük əhəmiyyət verilib və burada həmişə
dialoq mövcud olub: “Bu dialoq hətta özünü
Bakının arxitekturasında da büruzə verir. Mən
başqa şəhərlərə səfər edəndə
həmin şəhərləri məhz Bakı ilə
müqayisə edirəm”.
TÜRKSOY-un baş direktoru
Düsen Kaseinov və digər çıxış edənlər
Forumun müzakirə edilən məsələlərin
aktuallığına görə tarixə
düşdüyünü vurğuladılar.
Tədbirdə həmçinin
Rusiya, Qırğızıstan, Qazaxıstan, Özbəkistan,
Belarusdan olan alimlər, mütəxəssislər müxtəlif
mövzularla bağlı çıxış etdilər.
Reyhan
Mədəniyyət.-
2011.- 13 aprel.- S. 5.