Müasir dünyada mədəniyyətlərin müxtəlifliyi dialoq fəlsəfəsi

 

   Beynəlxalq konfransın yekununa dair memorandum qəbul edildi

  

   Aprelin 7-9-da Dünya Mədəniyyətlərarası Dialoq Forumu çərçivəsində Bakı Biznes MərkəzindəMüasir dünyada mədəniyyətlərin müxtəlifliyi dialoq fəlsəfəsimövzusunda beynəlxalq konfrans keçirildi. Konfransın aprelin 7-də keçən müzakirələri barədə ötən sayımızda məlumat vermişdik. Tədbirin ikinci günü (8 aprel) “Müasir dünyada dialoq fəlsəfəsinin dərkinə dairmövzusundadəyirmi masatəşkil olundu.

  

    AMEA-nın Fəlsəfə, Sosiologiya Hüquq İnstitutunun direktoru İlham Məmmədzadədəyirmi masa”nın mövzuları haqqında məlumat verərək bildirdi ki, əsas məqsəd yalnız sərvət, ideal standartlar çərçivəsində qala bilməyən mədəniyyət təhsildə baş verən dəyişiklikləri, müasir dünyanın dialoq fəlsəfəsinin yeni dərkini tələb edən problemlərini müzakirə etməkdir.

   Sonra AMEA-nın Fəlsəfə, Sosiologiya Hüquq İnstitutunun şöbə müdiri Əli Abbasovunİdrakın üç mənbəyi üç tərkib hissəsi: monoloq, dialoq, polialoqmövzusunda məruzəsi dinlənildi. Türkiyənin Akdeniz Universitetinin fəlsəfə kafedrasının professoru İsmayıl YakıtMilli mədəniyyətin təhsildə yeri əhəmiyyətimövzusunda məruzə ilə çıxış etdi, mədəniyyət sivilizasiya anlayışları, onların əsas mahiyyəti millətlərarası münasibətlərdə rolu haqqında fikirlərini bölüşdü.

   Sonra Rusiya Elmlər Akademiyasının İslam dünyası fəlsəfəsi sektorunun müdiri Andrey SmirnovunQeyri-Qərb fəlsəfəsi mümkündürmü”, Rusiya Elmlər Akademiyasının sosial fəlsəfə sektorunun müdiri Valentina FedotovanınMədəniyyət sivilizasiyalar dialoqu qloballaşma dövrünün sosial innovasiyası kimimövzularda məruzələri dinlənildi.Dəyirmi masa”da dəyişmiş mədəni kontekst şəraitində dialoqun yeni dərki, gender mədəniyyəti, postsovet məkanında milli şüurun müasirləşdirilməsi problemləri, tolerantlıq, mədəniyyətlərin müxtəlifliyi, qloballaşma əsrində fəlsəfə, təhsil mədəniyyət arasında əlaqələrə yanaşma digər mövzularla bağlı fikir mübadilələri aparıldı.

 

   * * *

 

   Aprelin 9-da beynəlxalq konfrans çərçivəsindəMədəniyyətlərin müxtəlifliyi qloballaşma: stereotiplərdən azad olaraq dialoq axtarışındamövzusunda növbətidəyirmi masakeçirildi. Tədbirdə alimlər dünyada münaqişələrin artması şəraitində milli identikliyin saxlanması məsələləri üzrə fikir mübadiləsi apardılar. Rusiya Pyotr Akademiyasının müxbir üzvü, professor Əbdülhəsən Abbasov çıxışında xüsusi olaraq bu problemə diqqət ayırdı. Onun sözlərinə görə, “soyuq müharibə”nin başa çatması təəssüf ki, dünyadakı ziddiyyətləri aradan qaldırmayıb, əksinə, münaqişələr daha artıq vüsət alıb. Alim konfrans iştirakçılarına hərbi təcavüz nəticəsində Azərbaycanın torpaqlarının işğal edildiyini, insanların öz doğma torpaqlarından qaçqın düşdüyünü nəzərə çatdırdı.

   Rusiya Elmlər Akademiyasının fəlsəfə sektorunun müdiri Sergey Nikolski gələcəkdə belə tədbirlərdə mədəniyyət anlayışının siyasi, sosial digər məna elementlərini müzakirə etməyi təklif etdi. Onun fikrincə, bu yolla identiklik, mədəni inteqrasiya ilə bağlı daha konkret məsələləri nəzərdən keçirmək mümkün olar.

   Dəyirmi masa”da həmçinin Belçikadan S.Vindiş-Qrets, Livandan S.Sliman, Qazaxıstandan Q.Kurmanqaliyevanın məruzələri dinlənildi.

   Müasir dünyada mədəniyyətlərin müxtəlifliyi dialoq fəlsəfəsimövzusunda beynəlxalq konfransa birgə memorandumun qəbulu ilə yekun vuruldu. Memorandumda qeyd olunur ki, dialoq əməkdaşlıq səviyyəsinə çatmamış elm, mədəniyyət texnologiyalar sivilizasiyaların münaqişəsinə, humanitar fəlakətə gətirib çıxara bilər. Sənəddə vurğulanır ki, Dünya Forumu Müasir dünyada mədəniyyətlərin müxtəlifliyi dialoq fəlsəfəsibeynəlxalq konfransının Bakıda keçirilməsi Azərbaycanın dünyada əməkdaşlığın möhkəmləndirilməsi qarşılıqlı etimad mühitinin bərqərar edilməsi üzrə səylərinin təqdirəlayiq olduğunu bir daha təsdiq edir. Memorandum mədəniyyətlərin dialoqu problemlərinin tədqiqində dünya filosoflarını əməkdaşlığa çağırır.

  

 

   Ceyhun Zərbəliyev

 

   Mədəniyyət.- 2011.- 13 aprel.- S. 4.