Dünya Forumu Azərbaycan üçün
çox böyük uğurdur
“Dünya Mədəniyyətlərarası
Dialoq Forumunun Azərbaycanda keçirilməsi bu ölkə
üçün çox böyük uğurdur”. Bu fikri Avropa
Şurası Parlament Assambleyasının (AŞPA) sədri
Mövlud Çavuşoğlu qurumun aprelin 11-də işə
başlayan yaz sessiyasından əvvəl keçirdiyi ənənəvi
mətbuat konfransında səsləndirib.
M.Çavuşoğlu deyib: “Azərbaycan
hakimiyyətini ölkədə Dünya Mədəniyyətlərarası
Dialoq Forumunun keçirilməsi münasibətilə təbrik
edirəm. Bu, Azərbaycan üçün böyük bir
uğurdur. Mədəniyyətlərin dialoqu mövzusu mənim
diqqət yetirdiyim prioritet məsələlərdən biridir.
Buna görə mən Bakı Forumunda iştirak etməyə
qərar verdim. Bu toplantı həm onun təşkil edilməsi,
həm də iştirakçılar baxımından yüksək
səviyyədə keçirildi”.
Mədəniyyət.-
2011.-13 aprel.- S. 3.