Bakı - dünyanın mədəniyyət Davosu

 

    “Əgər Davos dünyada iqtisadi forumların keçirildiyi bir şəhər kimi tanınırsa, Bakı da artıq möhtəşəm mədəniyyət tədbirlərinə ev sahibliyi edən bir məkan kimi məşhurdur”. Bu sözləri Dünya Mədəniyyətlərarası Dialoq Forumunda iştirak edən Rusiyanın İTAR-TASS agentliyi baş direktorunun birinci müavini Mixail Qusman deyib.

   M.Qusman bildirib ki, Forumun Bakıda keçirilməsinin tam əsası var. Çünki bu şəhər, ümumiyyətlə Azərbaycan uzun illərdir ki, dünya mədəniyyətinin mərkəzidir bu, ölkənizin tarixi missiyasıdır. Multimədəniyyət ölkəsi kimi Azərbaycanda müxtəlif etnosların nümayəndələrinin özlərini həmişə rahat hiss etdiklərini deyən M.Qusman Bakının həm memarlıq abidələrində, həm tarixində dünya mədəniyyətlərindən bir çox əlamətlərin olduğunu vurğulayıb.

   Hələ ümummilli lider Heydər Əliyevin hakimiyyəti illərində Bakının dünya miqyaslı böyük mədəniyyət tədbirlərinin keçirildiyi bir məkana çevrildiyini deyən M.Qusman qeyd edib ki, prezident İlham Əliyev bu ənənəni çox uğurla davam etdirir.

 

 

   Mədəniyyət.- 2011.- 13 aprel.- S. 3.