Dialoq - dünya dinləri arasında və onların sırasında

 

   Forum çərçivəsində keçirilən seminarlardan biri bu mövzuya həsr olunmuşdu

  

   Aprelin 8-də Dünya Mədəniyyətlərarası Dialoq Forumu çərçivəsində iki seminar keçirildi. 

 

   Dialoq - dünya dinləri arasında və onların sırasında” mövzusunda birinci seminara Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin sədri Hidayət Orucov Avropa Şurasının Şimal-Cənub Mərkəzinin icraçı direktoru Denis Huber həmsədrlik edirdilər. Seminarda çıxış edən Hidayət Orucov tarixə ekskurs edərək vaxtilə totalitar rejimlərin təqdim etdikləri mədəniyyətlər və xalqların qardaşlıq dialoqunun sünilikdən başqa bir şey olmadığını vurğuladı: “Həmin təcrübənin bəşəriyyətə necə başa gəldiyini hamımız yaxşı xatırlayırıq”.

   Natiq qeyd etdi ki, əsrlər boyu respublikamızda çoxsaylı etnosların yaşamasına və dini tərkibin müxtəlif olmasına baxmayaraq, hər etnos milli-mədəni kimliyini qoruyub saxlayıb, bu zəmində heç bir vətəndaş qarşıdurması baş verməyib: “Azərbaycanın təcrübəsi göstərir ki, hər mədəniyyətdə ilk baxışda yad görünə biləcək başqa bir mədəniyyətin izini tapmaq buna söykənərək planetimizi yeni dəyərlərlə zənginləşdirmək mümkündür”.

   Avropa Şurasının Şimal-Cənub Mərkəzinin icraçı direktoru Denis Huber, Böyük Britaniyanın Üç Din Forumunun prezidenti Markus Breybrok, ABŞ-ın Avrasiya Siyasəti Mərkəzinin keçmiş direktoru xanım Zeyno Baran, Anna Linq Fondunun Portuqaliya şəbəkəsinin rəhbəri Francisco Veiga xalqlar arasında dini dözümlülük və tolerantlıq mühitinin formalaşmasında Bakı Forumunun əhəmiyyətini yüksək qiymətləndirdilər.

   ABŞ-ın Avrasiya Siyasəti Mərkəzinin keçmiş direktoru, ABŞ-ın Azərbaycandakı səfirinin xanımı Zeyno Baran İslam dininin bugünkü vəziyyətindən, dinin siyasi mənafelərə alət edilməsindən danışdı.

   Seminarda Qafqaz Müsəlmanları İdarəsi sədrinin birinci müavini Hacı Salman Musayev, Bakı və Xəzəryanı Yeparxiyanın yepiskopu Aleksandr, dağ yəhudiləri icmasının sədri Semyon İxiilov başqaları çıxış edərək mədəni dəyərlərlə dini dəyərlərin vəhdət təşkil etməsindən, bu dəyərlərin bir-biri ilə qarşılıqlı şəkildə bağlılığından danışdılar.

  

   Texnologiya, sosial mediajurnalistikanın mədəniyyətlərarası münasibətlərə təsiri

  

   Bakı Forumu çərçivəsində keçirilən ikinci seminarTexnologiya, sosial media jurnalistikanın mədəniyyətlərarası münasibətlərə təsiri” mövzusuna həsr olunmuşdu. Seminarda internet texnologiyalarısosial medianın mədəniyyətlərarası anlaşmada rolu, “Facebook”, “Twitterkimi sosial şəbəkələrin müsbət və mənfi tərəfləri haqqında müzakirələr aparıldı.

   Seminara sədrlik edən Azərbaycanın Avropa Şurasındakı daimi nümayəndəsi, səfir Arif Məmmədov informasiya texnologiyalarının sürətlə inkişaf etdiyi bir dövrdə sosial şəbəkələrin dünyanın müxtəlif hissələrində yaşayan, fərqli mədəniyyətləri təmsil edən insanlar arasında ünsiyyətin qurulmasındakı rolundan bəhs etdi. Euronews kanalının jurnalisti Nil O’Reyi müasir dünyada mədəniyyətlərarası dialoqa həqiqətən də böyük ehtiyac olduğunu bildirdi, bu baxımdan Bakı Forumunun əhəmiyyətini xüsusi vurğuladı. O, mədəniyyətlərarası dialoqun təşviq edilməsində medianın üzərinə böyük vəzifənin düşdüyünü dedi.

   ABŞ-ınGlobal Voice Onlinebeynəlxalq şəbəkəsinin baş redaktoru xanım Solana Larsen müasir dövrdə mediada tətbiq edilən innovasiyalar haqqında, Bakıda keçirilən mədəniyyətlərarası forumun həm jurnalistlər arasında dialoqun qurulmasında əhəmiyyətindən, Kaliforniya Universitetinin nümayəndəsi Kader Əbdürrəhim müasir dövrdə sosial medianın mədəniyyətlərarası münasibətlərin inkişafındakı rolundan danışdılar.

   Fransanın “Le Media A Paristəşkilatının nümayəndəsi Fransis Pizani Dünya Mədəniyyətlərarası Dialoq Forumu çərçivəsində belə bir seminarın keçirilməsinin əhəmiyyətini xüsusi vurğuladı.

   Sonra seminar müzakirələrlə davam etdirildi. Müzakirələrdə iştirak edən İran prezidentinin mətbuat müşaviri, İRNA-nın icraçı direktoru Əli Əkbər Cavanfikir, Kubanın mədəniyyət naziri Abel Prieto, İraqın Milli Xəbər Agentliyinin səlahiyyətli direktoru, qurumun idarə heyətinin sədr müavini Abdul Muhsin Cavad, Milli Məclisin deputatı Asim Mollazadə başqaları sosial media jurnalistikanın mədəniyyətlərarası münasibətlərə təsiri ilə bağlı fikirlərini bildirdilər. Seminarın sonunda rabitə informasiya texnologiyaları nazirinin müavini Elmir Vəlizadə müvafiq təqdimatla çıxış etdi.

 

 

   Mədəniyyət.- 2011.- 15 aprel.- S. 13.