Robert
Palmer Turizm İnstitutunun qonağı olub
Bakıda keçirilən Dünya
Mədəniyyətlərarası Dialoq Forumunun
iştirakçısı, Avropa Şurasının Mədəniyyət,
mədəni və təbii irs üzrə Departamentinin
direktoru Robert Palmer aprelin 13-də Azərbaycan Turizm İnstitutunun
qonağı olub. ATİ-nin rektoru, professor Cəfər Cəfərov
institutda görüşə vaxt ayırdığı
üçün kollektiv adından qonağa təşəkkür
edib. Rektor ali təhsil ocağının fəaliyyəti, tədris-təcrübə-tədqiqatın
vəhdəti prizmasından məqsədli strateji hədəflər
barədə qonağı məlumatlandırıb. Robert Palmer
isə öz növbəsində ATİ-yə dəvətdən
razı qaldığını, Azərbaycanın böyük
turizm potensialına malik olduğunu bildirib.
Səmimi dialoq şəraitində
gerçəkləşən görüşdə Bakıda
öz işini uğurla başa çatdırmış
Dünya Mədəniyyətlərarası Dialoq Forumunun əhəmiyyəti
xüsusi dəyərləndirilib. Söhbətdə
ATİ-nin gələcəkdə mədəniyyət idarəçiliyi
sahəsində görə biləcəyi işlər
müzakirə də olunub. Qeyd olunub ki, Bakının regional mədəniyyət
mərkəzi kimi rolunun artdığı məqamda Şərqi
Avropa ölkələrinin iştirakı ilə burada mədəniyyət
idarəçiliyi üzrə seminar, konfrans və yay məktəblərinin
təşkilinə böyük ehtiyac var. ATİ sadalanan tədbirlərdə
yaxından iştirak etməyə hazırdır. C.Cəfərov
bildirib ki, ATİ Avropa Şurasının müvafiq departamentinin
dəstəyi ilə regional tədbirlərin icrası, həmçinin
mədəniyyət sahəsi üzrə kadr
hazırlığı ilə bağlı “Mədəniyyət
menecmenti” ixtisası üzrə treninqlər keçirməyi
planlaşdırır.
Fəxriyyə
Mədəniyyət.- 2011.- 15 aprel.-
S. 11.