Azərbaycanın
birinci xanımı Forumun qonaqları ilə görüşüb
Aprelin
8-də “Gülüstan” sarayında Azərbaycanın birinci
xanımı, Heydər Əliyev Fondunun prezidenti, UNESCO-nun və
İSESCO-nun xoşməramlı səfiri, Milli Məclisin
deputatı Mehriban xanım Əliyeva Dünya Mədəniyyətlərarası
Dialoq Forumunda iştirak edən İSESCO-nun baş direktoru Əbdüləziz
bin Osman əl-Tüveycri ilə görüşüb.
Mədəniyyətlərarası
dialoqa dair müzakirələrin vacibliyini qeyd edən qonaq
forumun yüksək səviyyədə təşkilini
vurğulayıb. Görüşdə Azərbaycan ilə
İSESCO arasında əlaqələrdən söz
açılıb.
Həmin gün Heydər Əliyev
Fondunun prezidenti Mehriban xanım Əliyeva Bakı Forumunun
iştirakçısı olan Rusiya Federasiyası Federasiya
Şurasının sədr müavini Svetlana Orlova ilə
görüşüb. Forumun yüksək səviyyədə
təşkil edildiyini vurğulayan S.Orlova keçirilmiş
müzakirələrin böyük maraq doğurduğunu deyib.
Heydər Əliyev Fondunun prezidenti Mehriban xanım Əliyeva Rumıniyanın mədəniyyət nazirinin müavini İrina Calal Marin ilə də görüşüb. Mehriban xanım Əliyeva Azərbaycan-Rumıniya əlaqələrindən danışıb, Rumıniyada Heydər Əliyev Fondunun nümayəndəliyinin fəaliyyət göstərdiyini bildirib. Öz növbəsində rumıniyalı nazir müavini Heydər Əliyev Fondunun Rumıniya nümayəndəliyinin fəaliyyətini yüksək qiymətləndirib.
Azərbaycanın birinci xanımı Mehriban Əliyeva Paris şəhərinin 7-ci rayonunun meri, Fransanın sabiq ədliyyə naziri, Avropa Parlamentinin üzvü Rəşidə Dati ilə görüşüb. Azərbaycana dəvətə görə minnətdarlığını bildirən Rəşidə Dati Bakı Forumunda keçirilən müzakirələrdə iştirak etməkdən məmnun olduğunu vurğulayıb.
Azərbaycanın birinci xanımı Mehriban Əliyeva Gürcüstan prezidenti Mixeil Saakaşvilinin anası, “Gürcüstan-Azərbaycan Dostluq Evi”nin rəhbəri Giuli Alasaniya ilə görüşüb. Bakıya tez-tez səfər etdiyini deyən Giuli Alasaniya ölkələrimiz arasında münasibətlərin qarşılıqlı etimad və hörmətə söykəndiyini bildirib.
Azərbaycanın
birinci xanımı Mehriban
xanım Əliyeva Belçika Parlamentinin fəxri prezidenti Anna Marie Lizin,
UNESCO-nun keçmiş
baş direktoru Koişiro Matsuura, Rusiya Federasiyası
Tatarıstan Respublikasının Baş nazirinin birinci müavini Zilya Valeyeva ilə də görüşüb.
Mədəniyyət.-
2011.- 15 aprel.- S. 5.