Baharın 60 anı

 

   Fotoqraf-jurnalist Rüstəm İsmayılovun fərdi sərgisi

  

   Aprelin 14-dən 18-dək “AbşeronRəsm Qalereyasında fotoqraf-jurnalist Rüstəm İsmayılovun yaradıcılığına həsr edilmişBaharın 60 anı” adlı sərgi nümayiş olundu.

  

   Bakı şəhər Gənclər və İdman Baş İdarəsinin və “AbşeronRəsm Qalereyasının təşəbbüsü ilə təşkil edilmiş sərgidə baharın 60 anını - foto kadrları nəzərdən keçirərkən tamaşaçıda belə bir fikir yaranır: hər bir an zamanın qiymətli hissəsi olmaqla bərabər, onu daha dolğun edir. Ekspozisiyada sərgilənən fotolar Rüstəm İsmayılovun əks etdirdiyi kadrlara yalnız fotoreportyor kimi deyil, həm də rəssam kimi yanaşmasını göstərir.

   Sərgidə ölkəmizin, paytaxt Bakının qısa zaman kəsiyində (2011-ci ilin əvvəli) necə zəngin və maraqlı həyat yaşadığının şahidi olursan. Fotoqrafın ən çox üstünlük verdiyi mövzu Azərbaycanın mədəniyyətidir. Festivallar, bayram şənlikləri, konsertlər, teatr tamaşaları, bədii sərgilər mədəni həyatı dolğunluğu ilə göstərir. Bu tədbirlərdən seçilmiş hər bir fotokompozisiya sanki həmin tədbirin simvoludur. Müəllif ictimai-siyasi tədbirləri, habelə idman yarışlarını da həvəslə lentə alır.

   Təqdim olunan fotolarda paytaxtımızın mənzərələri də diqqəti cəlb edir. R.İsmayılovun obyektivində Bakı gecələri füsunkar, bir qədərsirli don geyinir. Müəllif şəhərimizin tanış guşələri ilə bizi yenidəntanış edir təəccübləndirir - Filarmoniya bağı, “Mirvarikafesinin dənizdən görünüşü, Fəvvarələr meydanının iri şarlar üzərində əksi, şəhərin yuxarı hissəsinin panoramı tamaşaçını valeh edir. R.İsmayılovun teatr balet tamaşalarından çəkdiyi kadrlar bəzən rəngkarlıq əsərlərini xatırladır. “Şəhrizad”, “Əlibaba və qırx quldur”, “Ələddinin sehrli çırağı”, “Şeyx Sənantamaşalarından çəkilmiş kadrları seyr edərkən bu kompozisiyaların fotokamera ilə lentə alındığına inana bilmirsən.

  

 

   Yeganə

 

   Mədəniyyət.- 2011.- 20 aprel.- S. 10.