Məhəbbət əfsanəsiKiyevdə uğurla nümayiş olunub

 

   Aprelin 17-də T.Şevçenko adına Ukrayna Milli Akademik Opera Balet Teatrının səhnəsində görkəmli bəstəkar Arif MəlikovunMəhəbbət əfsanəsi” baleti nümayiş olunub.

 

   Dünya balet sənətinin gözəl nümunələrindən biri olan bu əsərin tamaşasına Kiyevdə akkreditə edilmiş diplomatik korpusun, Ukraynanın hakimiyyət dairələrinin, ölkənin yaradıcı elitasının, Azərbaycan diasporunun nümayəndələri, çoxsaylı sənətsevərlər gəlib.

   Tamaşa başa çatandan sonra tamaşaçılar ayağa qalxaraq “bravo”, “bravissimo” sədaları ilə bəstəkarı, dirijoru, musiqiçiləri və artistləri alqışlayıblar. Sonda Azərbaycanın Ukraynadakı səfiri Eynulla Mədətli Azərbaycan bəstəkarının bu gözəl baletinin ukraynalı sənətsevərlərə yüksək peşəkar səviyyədə çatdırılmasına görə teatrın baş direktoru Pyotr Çuprinə, quruluşçu-dirijor, Ukraynanın Xalq artisti Aleksey Baklana, məşqçi-baletmeyster, Ukraynanın Xalq artisti Eleonora Steblyaka, dirijor, Ukraynanın Əməkdar incəsənət xadimi German Makarenko və başqalarına səmimi təşəkkürünü bildirib.

   Qeyd edək ki, “Məhəbbət əfsanəsi” baleti T.Şevçenko adına dünya Ukrayna Milli Akademik Opera və Balet Teatrının repertuarına daxil edilib.

 

 

   Mədəniyyət.- 2011.- 20 aprel.- S. 8.