Bakı Forumu dünyada geniş rezonans doğurub
İndoneziya və
Aprelin 7-9-da Bakıda keçirilən Dünya Mədəniyyətlərarası
Dialoq Forumunun beynəlxalq miqyasda əks-sədası davam edir.
İndoneziyanın nüfuzlu “The
Jakarta Post” qəzetinin 18 aprel nömrəsində dərc
olunan məqalədə Azərbaycanın dünyada tolerant və
plüralist ölkə kimi nüfuzunun getdikcə
artdığı bildirilir. Müəllif mədəniyyətlərarası
dialoqun, qarşılıqlı anlaşmanın gücləndirilməsi
baxımından Bakı Forumunun əhəmiyyətini
xüsusi vurğulayır. Məqalədə bildirilir ki,
dünyada mədəniyyətlərarası əlaqələrin
inkişafına böyük töhfələr verən Azərbaycanda
bir çox sahələrdə böyük uğurlar
qazanılıb. Lakin Ermənistan-Azərbaycan, Dağlıq
Qarabağ münaqişəsi ölkənin üzləşdiyi
ən böyük problem olaraq qalır.
Pakistanda dərc olunan “Daily
İttehad” qəzetində “Bakı Dünya Mədəniyyətlərarası
Dialoq Forumuna ev sahibliyi etmişdir” sərlövhəli məqalə
dərc olunub. Qəzetin baş redaktoru, Bakı Forumunun
iştirakçısı Tahir Faruqun qələmə
aldığı yazıda aparıcı beynəlxalq təşkilatların
- UNESCO, İSESCO və Avropa Şurası Parlament
Assambleyasının rəhbər şəxslərinin,
dünyanın bir çox ölkəsindən
tanınmış ictimai-siyasi xadimlərin tədbirə
qatılması, habelə Azərbaycanda müşahidə edilən
mədəni və iqtisadi inkişaf barədə məlumat
verilib.
Məqalədə qeyd olunub ki, Qərblə
Şərq arasında coğrafi və mədəni
körpü rolunu oynayan Azərbaycanın mədəniyyətlərarası
dialoqa dair belə mötəbər tədbiri keçirməyə
tam haqqı çatır: “Tarixən müxtəlif mədəniyyətlərin
qovşağında yerləşən və zəngin
sivilizasiyaya malik olan Azərbaycanda müxtəlif etnik və
dini qruplar hər zaman sülh şəraitində
yaşamış, heç bir ayrı-seçkiliyə məruz
qalmamış və sərbəst şəkildə ümumbəşəri
hüquq və azadlıqlardan istifadə etmişlər.
İslam dünyasının tərkib hissəsi olan Azərbaycan,
bununla yanaşı, mütərəqqi Qərb dəyərlərini
də mənimsəmişdir. Ölkənin həm İslam
Konfransı Təşkilatının, həm də Avropa
Şurasının üzvü olması da bunu təzahür
etdirir”.
Mədəniyyət.-
2011.- 20 aprel.- S. 5.