“Gizli və aşkar”
Moskvada
azərbaycanlı rəssam Qəyyur Yunusun sərgisi
açılıb
Rusiya Dövlət Şərq
Muzeyində müasir Azərbaycan incəsənətinin
tanınmış nümayəndələrindən biri, Əməkdar
rəssam Qəyyur Yunusun əsərlərindən ibarət
“Gizli və aşkar” adlı sərgi açılıb. Sərgi
Azərbaycanın Rusiyadakı səfirliyinin dəstəyi ilə
Rusiya Mədəniyyət Nazirliyi, Dövlət Şərq
Muzeyi, Ş.Mərcani adına Elmi və mədəni
proqramlara dəstək və inkişaf Fondu tərəfindən
təşkil edilib.
Sərgidə müəllifin
Tretyakov Qalereyasının, Şərq Muzeyinin fondlarında, Mərcani
Fondunun kolleksiyasında, eləcə də rəssamın
şəxsi kolleksiyasında saxlanılan 50-yə yaxın rəngkarlıq
və qrafika işi daxil edilib.
Sərginin təşkilatçıları
qeyd edirlər ki, Q.Yunusun sənəti özünəməxsus
simvollar sistemi və tabloların plastik strukturu, koloriti ilə
seçilir.
Q.Yunus Ə.Əzimzadə adına
Rəssamlıq Məktəbinin və Tbilisi Rəssamlıq
Akademiyasının məzunudur. Bir çox xarici ölkələrdə
çoxsaylı sərgilərin iştirakçısı
olub. Əsərləri Azərbaycan Dövlət İncəsənət
Muzeyində, Rusiyada Tretyakov Qalereyasında, Dövlət Şərq
Xalqları İncəsənəti muzeyində, Tbilisidəki
Xalqlar Dostluğu Muzeyində, Berlin Etnoqrafiya Muzeyində,
Fransadakı L’Oranjeri Qalereyasında, Rokfellerlər Ailəsinin
Nyu-Yorkdakı şəxsi kolleksiyasında saxlanılır.
Azərbaycan rəssamının sərgisi
mayın 30-dək davam edəcək.
Mədəniyyət.-
2011.- 27 aprel.- S. 6.