Gənclərin «Turizmə dəstək» koalisiyası yeni layihələr üzərində işləyir

 

   2011-ci ilin Azərbaycanda «Turizm ili» elan olunması gənclər təşkilatları tərəfindən təqdirlə qarşılanıb. Xəbər verdiyimiz kimi, ölkənin bir neçə gənclər təşkilatı «Turizm ili» çərçivəsində görüləcək işlərə töhfə vermək, ölkəmizin turizm potensialını, gəzməli-görməli yerlərini təbliğ etmək, tanıtmaq məqsədilə «Turizmə dəstək» Gənclər Koalisiyasını yaradıblar. Koalisiyanın rəhbəri Ramiz Alıyev gənclər təşkilatlarının bu il ərzində bir sıra layihələr, turizmlə bağlı tanıtım maarifləndirmə tədbirlərinin həyata keçirəcəyini deyir.

     

   Koalisiyaya üzvlük könüllüdür. Arzulayan hər bir şəxs koalisiyaya üzv ola bilər: «Hazırda koalisiyada qeyri-hökumət qurumları, gənclər təşkilatları, kütləvi informasiya vasitələri nümayəndələri, mədəniyyət incəsənət xadimləri təmsil olunur. Koalisiyanın fəaliyyətinə Mədəniyyət Turizm Nazirliyi dəstək verir, nazirlik təmsilçiləri tədbirlərimizdə yaxından iştirak edirlər».

   Koalisiya tədbirlər planı hazırlayıb. Buraya bir çox layihələr daxildir: “Layihələrimizin əksəriyyəti media ilə əlaqəli olacaq. Artıq bəzi tədbirlərimiz baş tutub. Turizm şirkətlərinin iştirakı ilə konfrans təşkil etmişik. Həmçinin turizm təhsili alan gənclərlə görüşlərimiz olub. Məqsəd həmin gənclərin turizmə olan bacarıqlarını, biliklərini öyrənməkdir”.

   Koalisiya daxili turizmin inkişafı ilə bağlı maarifləndirmə işlərinə xüsusi önəm verir: Turizm şirkətləri ilə əməkdaşlıq da öz müsbət nəticəsini verməkdədir. Çalışırıq ki, tədbirlərimizdə, layihələrimizdə onların da iştirakı təmin olunsun. Əsas məqsədlərimizdən biri turizm maarifçiliyi işinə yaxından köməklik göstərməkdir. Bu işdə kütləvi-informasiya vasitələri ilə sıx əməkdaşlıq etmək niyyətindəyik”.

   Qeyd edək ki, «Turizmə dəstək» Gənclər Koalisiyası media təmsilçiləri ilə Qəbələ turu, Bakı şəhər Təhsil İdarəsi ilə birlikdə orta məktəblərdə inşa yazı müsabiqəsi, Rəssamlar İttifaqı ilə birlikdə «Rənglərin dili» adlı rəsm müsabiqəsi keçirməyi planlaşdırır. Bundan əlavə, 27 sentyabr Dünya Turizm Günü ilə bağlı turizmin inkişafına verdiyi dəstəyə görə «Gənclərin dostu» milli mükafatının verilməsi, «Yaşıl turizm hədəfimizdir» layihəsi çərçivəsində Qusar rayonu «Şahdağ» turizm kompleksinə səfər, «Azərbaycanı tanıdaq: «Gənclərin turizm olimpiadası»nın, Milli Mətbuat Günü münasibəti ilə jurnalistlər arasında «Jurnalist: turizmdə maarifçi-bələdçi» məqalə müsabiqəsinin, turizm məşğulluğu-yarmarka s. tədbirlərin keçirilməsi planlaşdırılıb.

  

 

   Gülər Nizamiqızı

 

   Mədəniyyət.- 2011.- 27 aprel.- S. 15.