“Ən yaxşı mehmanxana
saytı-2011” müsabiqəsi elan edilib
Bakı Turizm İnformasiya Mərkəzi
“Ən yaxşı mehmanxana saytı - 2011” müsabiqəsini
elan edib. Mərkəzdən verilən məlumata görə,
məqsəd Azərbaycanın turizm sənayesinin gələcək
inkişafına köməklik göstərmək, turizm
iqtisadiyyatında mehmanxana biznesinin aparıcı rolunun möhkəmlənməsinə
və mehmanxana xidmətlərinin keyfiyyətinin
yaxşılaşdırılmasına nail olmaqdır. Müsabiqədə
Azərbaycan ərazisində yerləşən mehmanxanalar və
digər yerləşdirmə obyektləri iştirak edə bilərlər.
İştirak üçün sənəd qəbulu mayın
20-də başa çatacaq. Qiymətləndirmə məlumat
bazasının və göstərilən xidmətlər
haqqında məlumatların təqdim edilməsinin keyfiyyəti,
müştəri üçün interaktiv informasiya servislərinin
və məlumat bölmələrinin keyfiyyəti, saytın
dizaynı və s. meyarlar nəzərə alınmaqla
aparılacaq.
Qaliblərin mükafatlandırma mərasimi
mayın sonlarında keçiriləcək. Müsabiqə
qaliblərinin reklamları “Hotels of Azerbaijan” kataloqunda və
“Discovery-Azərbaycan” jurnalında yerləşdiriləcək.
Ceyhun
Mədəniyyət.-
2011.- 29 aprel.- S. 3.