Türk xalqlarının mədəni irsi

 

   Aşqabadda Türkmənistan və TÜRKSOY-un birgə təşkilatçılığı ilə festival və elmi konfrans keçirilir

  

   Aprelin 28-də Türkmənistanın paytaxtı Aşqabadda “Türk xalqlarının mədəni irsi” mövzusunda beynəlxalq festival və elmi konfrans başlayıb.

   Türkmənistan dövləti TÜRKSOY-un birgə təşkilatçılığı ilə keçirilən tədbirlərin məqsədi türk dövlətlərinin zəngin mədəni irsinin təbliği, türkdilli xalqların mədəniyyət və incəsənət ustaları arasında yaradıcı əlaqələrin genişləndirilməsidir.

   Tədbirlərdə Mədəniyyət və Turizm Nazirliyinin Mədəniyyət siyasəti şöbəsinin müdiri Fikrət Babayevin rəhbərliyi ilə Azərbaycan nümayəndə heyəti də iştirak edir. Heyətə R.Behbudov adına Dövlət Mahnı Teatrının kollektivi, dekorativ-tətbiqi sənət ustaları, ədəbiyyatşünas alim Ramiz Əskər və başqaları daxildir. Dövlət Mahnı Teatrının heyətinə musiqi rəhbəri Xalq artisti Kamil Vəzirov, müğənnilərdən əməkdar artistlər Gülyanaq Gülyaz Məmmədovalar, Əbülfət Nəzərov, musiqiçilər, balet artistləri daxildir.

   Qeyd edək ki, beynəlxalq festival elmi konfrans Türkmənistan prezidenti Qurbanqulu Berdıməhəmmədov 2010-cu il sentyabrın 16-da türkdilli ölkə başçılarının İstanbul zirvə görüşündə irəli sürdüyü təşəbbüs əsasında keçirilir. “Türk xalqlarının mədəni irsifestivalında nümayəndə heyətləri müxtəlif nominasiyalarda (vokal, rəqs, dekorativ-tətbiqi incəsənət, teatr geyimləri, milli mətbəx, kino) çıxış edəcəklər. Festival çərçivəsində keçiriləcək elmi konfransda türkdilli xalqlar arasındakı münasibətlərə və mədəni əlaqələrə dair fikir mübadiləsi aparılacaq.

   Aprelin 30-da başa çatacaq festivalın iştirakçıları diplom xatirə hədiyyələri ilə mükafatlandırılacaqlar.

 

 

   Mədəniyyət.- 2011.- 29 aprel.- S. 2.