“Avqust-2011”

 

   Xətai Miniatür Sənəti Qalereyasında sərgi

  

   Avqustun 1-də Xətai Miniatür Sənəti Qalereyasında bədii sərgi açılıb. “Avqust-2011” adlı sərgidə Xətai Sənət Mərkəzinin kolleksiyasından ibarət əsərlər təqdim edilir.

  

   Tədbiri giriş sözü ilə açan Xalq rəssamı Arif Hüseynov Xətai Sənət Mərkəzinin ilk dəfə olaraq öz kolleksiyasını ictimaiyyətə təqdim etdiyini dedi. Qeyd olundu ki, sərgi ənənəvi olacaq hər il avqust ayında sənətsevərlərin görüşünə gələcək.

   Sərgidə 35 rəssamın 65 əsəri nümayiş olunur. Qalereyada məşhur fırça ustalarından Mikayıl Abdullayev, Toğrul Nərimanbəyov, Böyükağa Mirzəzadə, Baba Əliyev, Ələkbər Rzaquliyev, Tağı Tağıyev, Rasim Babayev, Mircavad Mircavadov Gennadi Brijatyukun müxtəlif mövzulu əsərləri yer alıb.

   Azərbaycan təsviri sənətində özünəməxsus yeri olan milli bədii ənənələrimizə müasir ruh bəxş edən Arif Hüseynovun, Fərman Qulamovun, eləcə mərhum Kamal Əhmədin, Zakir Hüseynovun rəngkarlıq qrafika əsərləri tamaşaçıda zəngin təəssürat yaradır.

   Bundan əlavə, milli təsviri sənətimizin uğurlarını həm yerli, həm xarici sərgilərdə davam etdirən Orxan Hüseynov, Müseyib Əmirov, Vüqar Muradov, Elnur Babayev, Niyaz Nəcəfov, Elyar Əlimirzəyev, Toğrul Ağababayev, Səfərəli Əliyev, İnna Kostina, Zöhrab Xələfov kimi orta gənc nəslin təmsilçiləri olan rəssamların sərgidə nümayiş olunan əsərləri yüksək bədii məziyyətləri ilə tamaşaçı diqqətini özünə cəlb edir.

  

 

   Yeganə

 

   Mədəniyyət.- 2011.- 3 avqust.- S. 6.