Karikatura müsabiqəsinə yekun
vurulub
Bakı Şəhər Dövlət
Yol Polisinin internet sosial şəbəkələrində elan
edilən “Avtoxuliqanlığa qarşı birgə mübarizə
aparaq” mövzusunda karikatura müsabiqəsinə yekun vurulub. Avqustun
2-də Beynəlxalq Mətbuat Mərkəzində qaliblərin
mükafatlandırma mərasimi keçirildi.
Tədbirdə
çıxış edən Bakı Şəhər Dövlət
Yol Polisi İdarəsinin rəisi Nuşirəvan Səfərov
bildirdi ki, müsabiqənin keçirilməsində məqsəd
avtoxuliqanları ictimai qınağa çəkməkdir. Qeyd
olundu ki, müsabiqəyə 86 karikatura təqdim edilsə də,
mövzuya və müsabiqə şərtlərinə
uyğun olmadığına görə 31 karikatura müsabiqədə
iştirak etməyib. Nəticədə 55 karikatura müsabiqədə
iştirak edib. Müsabiqənin nəticələrinə
görə, I yerə 300 manat, II yerə 200 manat, III yerə
görə 100 manat pul mükafatı verilib. Bundan başqa,
müsabiqənin bütün iştirakçılarına həvəsləndirici
hədiyyələr təqdim olunub.
Ceyhun
Mədəniyyət.-
2011.- 3 avqust.- S. 6.