Sumqayıtda
Milli Kino gününə
həsr olunmuş tədbir keçirilib
Sumqayıt
Tarix Muzeyinin iclas salonunda şəhər Mədəniyyət
və Turizm Şöbəsinin, habelə Gənclərin
İnkişafına Dəstək İctimai Birliyinin təşkilatçılığı
ilə 2 avqust - Milli Kino gününə həsr olunmuş tədbir
keçirilib. Respublikanın Xalq artisti, Bakı Bələdiyyə
Teatrının bədii rəhbəri Amaliya Pənahova,
tanınmış aktyor və rejissor Rövşən
Almuradlı və Bakı Bələdiyyə Teatrının gənc
aktyoru İlqar Musayev kinosevərlərin qonağı olub.
“Azərbaycan kinosu dünən, bu
gün və sabah” devizi ilə keçirilən tədbir “Azərbaycan
kinosunun salnaməsi” videoçarxının nümayişi ilə
başlayıb. Videoçarxda milli kinomuzun inkişafından,
onun maddi-texniki bazasının möhkəmlənməsindən
və görkəmli kino xadimlərindən söz açan
kadrlar təqdim olunub.
Sonra tədbirdə
çıxış edən qonaqlar sənət fəaliyyətləri,
milli kinomuzun inkişafı ilə bağlı fikirlərini
bölüşüb, tamaşaçıların
suallarını cavablandırıblar. Açıq dialoq şəraitində
keçən görüşdə kinonun aktual problemlərindən
söz açılıb, konstruktiv təkliflər irəli
sürülüb.
Sonda “Bir addım” qısametrajlı filminin nümayişi olub. Gənc rejissor
Fariz Əhmədovun filmi Mədəniyyət və Turizm Nazirliyinin “Bu meydan, bu ekran” layihəsi
çərçivəsində ekranlaşdırılıb.
Mədəniyyət.- 2011.-
3 avqust.- S. 12.