Ankarada TÜRKSOY Evi
açılıb
Türkdilli
dövlətlərin müstəqilliyinin 20-ci
ildönümü münasibətilə konsert də
keçirilib
Ankaranın Keçiörən
rayonunda keçirilən III Beynəlxalq Ramazan festivalı
çərçivəsində türkdilli dövlətlərin
müstəqilliyinin 20-ci ildönümü münasibətilə
konsert təşkil olunub.
Tədbirdə TÜRKSOY-un Kamera
Orkestri maraqlı proqramla çıxış edib. Keçən
il yaradılmış və Azərbaycan, Türkiyə,
Özbəkistan, Türkmənistan, Qazaxıstan,
Qırğızıstan, Tatarıstan, Başqırdıstan,
habelə Koreya Respublikasından olan gənc
ifaçıların yer aldığı orkestrin konsertində
Bakı Musiqi Akademiyasının tələbələri
Mustafa Mehmandarov (skripka), Elvin Nəcəfov (alt) və Narim
Musayev (skripka) də iştirak ediblər.
Qazaxıstanlı dirijor Ənvər
Əkbərovun idarə etdiyi orkestrin konsertində dünya və
türk dünyası klassiklərinin əsərləri səslənib.
Konsertdən əvvəl
Ankaranın Keçiörən rayonunda türkdilli ölkələrin
mədəni irs nümunələrinin nümayiş etdirildiyi
“TÜRKSOY Evi”nin açılışı olub. Mərasimdə
TÜRKSOY-un baş direktoru Düsen Kaseinov, Türkiyənin mədəniyyət
və turizm nazirinin müavini Kemal Fahir Genc, Keçiörən
bələdiyyəsinin sədri Mustafa Ak, türkdilli ölkələrin
nümayəndələri iştirak ediblər.
TÜRKSOY-un Kamera
Orkestrinin növbəti
konserti Almaniyada olacaq.
Mədəniyyət.- 2011.-
5 avqust.- S. 5.