“Tamaşaçı ilə film arasında ruhi-mənəvi əlaqə yaranmalıdır”

 

  Həmsöhbətimiz bu vaxta qədər 50-dən çox bədii-sənədli ekran əsəri çəkmiş, tamaşaçıların yaddaşında “40-cı qapı” filmi ilə iz salmış rejissor Elçin Musaoğludur. “40-cı qapı” indiyədək 40-dan çox festivalda iştirak edib, 11 mükafat qazanıb.

 

   - Bir az ənənəvi sual olacaq... Kinoya gəlişinizdən danışaq.

   - Uşaq yaşlarımdan kinoya böyük həvəsim var idi. Çoxlu filmlərə baxırdım. Özüm hərdən rollar qurub ifa edirdim. Zaman keçdikcə rejissor olmaq istədiyimi anladım orta məktəbi bitirib Azərbaycan Dövlət İncəsənət İnstitutunun rejissorluq fakültəsinə daxil oldum. Dördüncü kursda təhsilimi Moskva Teatr İnstitutunda - tanınmış sənətkar Mark Zaxarovun kursunda davam etdirmək qərarına gəldim istəyimə nail oldum.

   Vətənə qayıtdıqdan sonra "Azərbaycanfilm" kinostudiyasında, sonra "Azərbaycantelefilm" Yaradıcılıq Birliyində, 2005-ci ildənRitm Prodakşn”da müxtəlif sənədli filmlər çəkməyə başladım. "Sinema Evi" Prodüser Mərkəzini yaratdım. Azərbaycan Kinematoqrafçılar İttifaqının Türkiyə Sənədli Filmçilər Birliyinin üzvüyəm. 50-dən çox sənədli bədii filmin ssenari müəllifi rejissoruyam.

   - Bir sıra beynəlxalq festivallarda iştirak etmiş rejissor kimi filmlərimizin dünya kino bazarına çıxmaq imkanlarını necə qiymətləndirirsiniz?

   - Şərtlər olduqca çoxdur. Təbii ki, əsas şərt filmin keyfiyyətidir. Bunun üçün texniki avadanlıq, ayrılan maddi vəsait yüksək olmalıdır. Avropa kino bazarı bizim filmlərdə təsvir, səs, aktyor oyunu, keyfiyyət olduğu halda onu öz ekranına qəbul edə bilər. Mənim bir alman dostum var idi, o həmişə deyirdi ki, xarici kino bazarına çıxmaq istəyirsənsə, filmini mütləq canlı səslə işlə. Biz ilk dəfə olaraq filmi canlı səslə yazdıq. Düzdür, bu o qədər asan olmadı. Amma filmin keyfiyyəti üçün vacib idi.

   - Adətən rejissorlar yaxşı film ərsəyə gətirmək üçün maddi tərəfi keyfiyyətli texniki avadanlıqların zəruriliyini qeyd edirlər. Siz necə düşünürsünüz, yaxşı film üçün bu şərtlər dərəcədə mütləqdir?

   - Baxmayaraq ki, “40-cı qapıfilmini kiçik maddi vəsaitlə çəkmişik, amma qeyd etməliyəm ki, keyfiyyətli film üçün pul texnika vacibdir. Filmin texniki keyfiyyətini təmin etmək üçün mən səs yazma texnikasını İrandan gətirdim. Filmin səs operatoru, quruluşçu operatoru iranlı idi. Çəkilişdən sonrakı proseslər (səsyazma, montaj s.) İranda davam etdi.

   - Bir rejissor kimi tamaşaçı marağını nəzərə alırsınızmı?

   - Bu gün kino iki yerə bölünüb: kommersiya filmləri əsl yaradıcılıq olan filmlər. Diqqət yetirsək, kommersiyaya olan marağın daha qabarıq olduğunu görərik. Kino yarandığı vaxt onun əsas məqsədi insanları əyləndirmək idi, kino nümayişi bir növ attraksion rolunu oynayırdı. Sonradan rejissor peşəsi yarandı kinoya münasibət dəyişdi. Adətən insan qocalanda uşaqlaşır, kino da 100 yaşlı qoca kimi indi həmin dövrünü yaşayır attraksion xüsusiyyətinə qayıdır. Tamaşaçı ilə film arasında ruhi-mənəvi əlaqə yaranmalıdır. Yalnız bundan sonra filmin tamaşaçıya təsirindən, onun aldığı mənəvi qidadan, daxilən təmizlənməsindən, “katarsisdəndanışmaq olar.

   - Bəs siz özünüz necə, filmə verdiyiniz enerjini sonra geri qazana bilirsiniz?

   - Baxmayaraq ki, bizim film daha çox xarici ölkələrdə nümayiş olunub, amma mən burada da öz tamaşaçımdan o enerjini həmişə ala bilmişəm. Əgər Karlovı Varı festivalında tamaşaçı filmi yarım saat ayaqüstə alqışlayırsa, yaxud filmdən sonra yaxınlaşıb ürək sözlərini deyirsə, rejissor üçün bundan gözəl ola bilər ki?

   - Sevdiyiniz filmlər var?

   - Sevdiyim rejissorlar var. Yalnız bir neçə rejissor var ki, onları bütöv qəbul edirəm. Ruha, mənəviyyata xidmət edən filmləri sevirəm. O film ki, adamı düşündürür, ondan vaz keçmək olmur. Son zamanlar Semih Kaplanoğlunun “Bal” filmini bəyənmişəm.

   - Filmlərinizdə görmək istədiyiniz, yaxud arzuladığınız aktyor aktrisalar varmı?

   - Dünyada bir neçə aktyor var ki, onları öz filmimdə çəkmək istərdim.

   - Azərbaycanda o potensialda aktyor yoxdur?

   - Doğrusunu desəm, “40-cı qapıfilminin aktyor seçimi çox çətinliklə başa gəldi. Bizdə peşəyə münasibət dəyişib. Aktyor aktrisalarımızın əksəriyyəti özlərinə fikir vermirlər. Aktyor daima özünü formada saxlamağı bacarmalıdır. Həm mən filmlərimdə eyni aktyorlardan istifadə etməyi sevmirəm. Bacardığım qədər hər dəfə yeni sima seçirəm. Məncə, aktyorun siması tamaşaçı üçün şablonlaşmamalıdır.

   - Müəllif filmlərinə verdiyiniz üstünlük nədən irəli gəlir?

   - Çünki mən özüm müəllifəm. Mən öz ssenarilərimi çəkmək istəyirəm. Ona görə ki, danışmaq istədiyim, demək istədiyim hadisə ya tarixçə yalnız mənə məxsusdur. Dünyada bir çox rejissorlar öz yazdıqları ssenarini çəkirlər bu çox normaldır. Ola bilər ki, mənə müxtəlif ssenarilər təqdim olunsun, amma sonda mən yenə həmin ssenarini yenidən yazıb öz istədiyimi çəkəcəyəm.

   - Əgər öz həyatınızdan film çəksəniz, baş qəhrəman olaraq özünüzə necə bir rolu verərdiniz?

   - Düşünmürəm ki, həyatımdan çəkiləcək maraqlı bir şey olsun (gülür). Təbii ki, insan həyatı bütünlüklə maraqlı ola bilməz. Amma hər kəsin həyatında müəyyən dövrlər olur ki, kino ədəbiyyat üçün məhz bu zaman kəsiyi maraqlı material ola bilər. Bu mənada peyğəmbərlərin həyatı, onların yaşam tərzi həmişə məni düşündürüb.

   - Azərbaycan kinosu bu gün inkişaf mərhələsindədir. Siz bu mərhələni necə dəyərləndirirsiz?

   - Sevindirici haldır ki, bu gün gənclərə geniş yer verilir filmlər çəkilir. “Arşın mal alanfilmində belə bir söz var, deyir, kaş bəyin beş qızı olaydı birini bəyə, birini tacirə, bilim o birini filankəsə, sonuncunu da mənə verərdi. Arzu edirəm ki, filmlərimizin sayı hər il daha da artsın birini biz çəkək. Artıq 4 ildir ki, film çəkmirəm. Kino da elə bir sahədir ki, burada boşluqlar yaranmamalıdır. Bəlkə bu gün mənim çəkmək istədiyim ideyanı sabah çəkmək istəməyəcəyəm. Ona görə hər bir vaxtında olmalıdır.

  

 

   Yeganə Cansail

 

   Mədəniyyət.- 2011.- 5 avqust.- S. 7.