Azərbaycan turizm sahəsində yüksək nəticələr əldə edəcək

 

   Toni Dimeski: “Dövlət turizmin inkişafına lazımi dəstəyi verir. Sahibkarlar da bu sahəyə sərmayə qoymalıdırlar ki, nəticə əldə olunsun”

  

   Azərbaycanda turizmin inkişafının əsas şərtlərindən biri də ölkənin regionlarında yüksək standartlara cavab verən mehmanxana və istirahət obyektlərinin tikilib istifadəyə verilməsidir. Sevindirici haldır ki, artıq ölkəmizin demək olar ki, bütün bölgələrində belə turizm müəssisələri mövcuddur.

  

   Onlardan biri Mingəçevir şəhərindəki «Kür Hotel»dir. Bu günlərdə Mədəniyyət Turizm Nazirliyinin dəstəyi, «Millennium» turizm şirkətinin təşkilatçılığı ilə Azərbaycanın bir qrup KİV nümayəndəsi turizm şirkətlərinin əməkdaşları adıçəkilən hotellə tanışlıq imkanı əldə etdilər. Yüksək xidmət səviyyəsi peşəkar personalı olan «Kür Hotel» ən müasir standart tələblərə cavab verir.

   Səfər müddətində hotelin baş meneceri Toni Dimeski ilə həmsöhbət olduq. Müsahibə əsnasında serbiyalı mütəxəssis bəzi peşə «sirlərini» açıqladı.

   - 20 ildən artıqdır ki, turizm sahəsində işləyirəm. Bu illər ərzində müxtəlif ölkələrdə, xüsusilə Avropa ölkələrində hotellərə rəhbərlik etmişəm. Açığını deyim ki, buraya gələnə qədər Azərbaycan haqqında geniş təsəvvürüm yox idi. Artıq 6 aydır ki, burada başındayam. Xalqınız çox qonaqpərvər mehribandır. Mənimlə birlikdə burada çalışan azərbaycanlı həmkarlarımdan da razıyam.

   - Məlum olduğu kimi, hazırda Azərbaycanın turizm sektorunda başlıca problemlərdən biri peşəkar kadr çatışmazlığı ilə bağlıdır. Siz bu problemi necə həll edirsiniz?

   - Azərbaycanda turizmin inkişafına dövlət səviyyəsində diqqət maraq var. Turizm özəl sektordur bu sahəyə sahibkarlar sərmayə qoymalıdırlar ki, nəticə əldə olunsun. Amma dövlət bu işdə sərmayədarlara yaxından dəstək verəndə sürətli inkişaf əldə etmək mümkündür. Bu baxımdan mən hazırda Azərbaycanın turizm sektorundakı vəziyyəti yüksək qiymətləndirirəm. Turizm sahəsində kadr çatışmazlığı dövlətin diqqətində olan bir məsələdir. Hesab edirəm ki, bununla bərabər, hər bir turizm müəssisəsi özü bu məsələnin həllinə çalışmalıdır. Ona görə biz öz əməkdaşlarımıza daimi treninqlər keçməyə üstünlük veririk. Treninqlərə şəxsən özüm rəhbərlik edirəm. Əsasən zamanı rast gəlinən nöqsanları aradan qaldırmağa çalışırıq. Güman edirəm ki, uzağı bir ildən sonra mənim burada çalışmağıma ehtiyac qalmayacaq. Çünki burada elə potensiallı işçilər var ki, onlar gələcəkdə heç bir maneəsiz bu hoteli idarə edə biləcəklər.

   - Hotel idarəçiliyi o qədər asan deyil. Hər halda, bunu siz daha yaxşı bilirsiniz. İşçilərinizi xarici ölkələrə kurs keçməyə göndərirsinizmi?

   - Bu haqda da düşünürük. Hotelimizdə çalışan menecerlər çox bilikli təcrübəlidirlər. Onların bir qədər idarəçilik dərsi almasına ehtiyac var. Hələlik araşdırırıq, yaxşı bir imkan ələ düşən kimi bundan istifadə edəcəyik. Amma mən daha çox mütəxəssisi dəvət edib burada işçilərə treninq keçməyin tərəfdarıyam. Azərbaycanda Turizm İnstitutu fəaliyyət göstərir. Bildiyim qədər burada çox keyfiyyətli təhsil verilir. Yaxşı təhsillə çoxillik təcrübənin vəhdətindən isə peşəkar mütəxəssis yetişir. Gələcəkdə bu institutla da yaxından əməkdaşlıq etmək niyyətindəyik.

   - Mingəçevirdə Turizm Kolleci fəaliyyət göstərir. Bu təhsil müəssisəsi ilə əməkdaşlığınız hansı səviyyədədir?

   - Mingəçevir Turizm Kollecinin tələbələri bizə təcrübə keçməyə, üslubumuzla tanış olmağa gəlirlər. Bizim bu kadrlardan da istifadə etmək imkanlarımız var. Deyərdim ki, bu bizim üçün şansdır. Çünki bəzi regionlarda hotel sahibləri məcbur olub heç bir turizm təhsili olmayan insanları işə götürürlər. Bizim isə bu baxımdan bəxtimiz gətirib.

   - Sizin hoteldə adi turistlər üçün əyləncə proqramları azdır. Nəzərə alsaq ki, olimpiya xarakterli olmasına baxmayaraq, «Kür Hotel»ə istirahət etmək üçün idmançılarla yanaşı, adi turistlər müraciət edirlər, onda gələcəkdə əlavə xidmətlərlə bağlı paketlər hazırlamağı nəzərdə tutursunuzmu?

   - Təbii ki, hotelin bütün turistləri qarşılamaq, onların istirahətlərini təmin etmək üçün hərtərəfli imkanı olmalıdır. Hotelə gələn hər bir qonaq buradakı xidmətdən razı getməlidir. Sizin qeyd etdiyiniz məqamlar doğrudur. Təkcə idman zalları yaxud hovuzla qonaqların buradan məmnun ayrılmasına nail olmaq mümkün deyil. Bizdə xüsusilə uşaqlar üçün əyləncə vasitələri azdır. Biz bunu bilirik gələcəkdə bu problemin həlli istiqamətində müəyyən işlər görmək niyyətindəyik.

   - Bir mütəxəssis kimi hazırda Azərbaycanın turizm sektorunda hansı çatışmazlıqları görürsünüz?

   - İnkişafda olan bir sahə kimi turizmdə çatışmazlıqların olması normaldır. Əsas olan odur ki, bu sektorun təmsilçiləri mövcud çatışmazlıqların aradan qaldırılmasına çalışırlar. Dövlət bu yöndə onlara lazım olan dəstəyi verir. Məsələn, kadr çatışmazlığını aradan qaldırmaq üçün ali orta təhsil müəssisələri fəaliyyət göstərir. Xidmətin keyfiyyətini artırmaq üçün müxtəlif istiqamətlər üzrə treninq-kurslar təşkil edilir. Ölkənin bütün regionlarında mehmanxana mehmanxana tipli müəssisələrin sayı artır. Bu isə sözsüz ki, rəqabətin güclənməsinə qiymətlərin enməsinə səbəb olacaq. Hesab edirəm ki, bu gedişlə çox qısa müddətdə Azərbaycan turizm sahəsində yüksək nəticələr əldə edəcək.

   - Azərbaycan sizin təsəvvürünüzdə necə bir ölkə kimi qalacaq?

   - İndiyə qədər Bakıda, Naftalanda, Yevlaxda, Gəncədə, Qəbələdə olmaq imkanım olub. Vaxt olanda çalışıram ki, digər bölgələrə gedim. Bu mənim özüm üçün maraqlıdır. Mən turizm sektorunun nümayəndəsiyəm. Ona görə bu sahənin inkişafını prioritet elan edən bir ölkədə yaşamaq mənim üçün çox xoşdur. Bəlkə bu dövrdə burada olmaq mənim şansımdır. Daha çox insanlarla tanış olmaq, adət-ənənələrinizi öyrənmək istəyirəm. Çox səmimi deyirəm ki, burada özümü evimdəki kimi hiss edirəm.

  

 

   Fəxriyyə Abdullayeva

 

   Mədəniyyət.- 2011.- 5 avqust.- S. 8.