Mədəniyyət
işçiləri üçün yay kurslarının daha bir mərhələsinə yekun
vurulub
Mədəniyyət və Turizm
Nazirliyinin təşkilatçılığı ilə
Respublika Mədəniyyət Müəssisələri
İşçilərinin Hazırlıq və
İxtisasartırma Mərkəzinin bölgələrdə
keçirdiyi səyyar yay kurslarının daha bir mərhələsinə
yekun vurulub. Mərkəzin direktoru Ramazan Şabanovun verdiyi məlumata
görə, kursların Qazax rayonunda təşkil olunan mərhələsi
iyulun 26-dan avqustun 4-dək davam edib.
Kurslarda şimal-qərb bölgələrindən
Qazax, Ağstafa, Tovuz, Şəmkir və Gədəbəy
rayonlarından 83 ümumi orta və qeyri-ixtisas təhsilli
kitabxana və klub müəssisələri işçisi
iştirak edib.
Səyyar yay kurslarının
sonuncu mərhələsi Ağdaş rayonunda baş tutacaq.
Ucar, Ağdaş, Zərdab, Göyçay və Kürdəmir
rayonlarından mədəniyyət müəssisəsi
işçilərinin iştirak edəcəyi kurslara avqustun
18-də yekun vurulacaq.
Ceyhun
Mədəniyyət.-
2011.- 5 avqust.- S. 4.