Dağların qoynunda çağlayan musiqi

 

   Qəbələdə keçirilən beynəlxalq musiqi festivalının xoş əks-sədası davam edir

  

   Heydər Əliyev Fondunun təşkilatçılığı ilə iyulun 15-dən avqustun 5-dək Qəbələdə keçirilmiş beynəlxalq musiqi festivalının beynəlxalq mədəniyyət aləmində, xarici informasiya vasitələrində xoş əks-sədası davam etməkdədir.

  

   Rusiya Musiqi Teleradio Mərkəzinin saytında(www.muzcentrum.ru/news/2011/08/item5233.html) dərc olunan və “Orfey” radiosunda səslənən “Dağların qoynunda çağlayan musiqi” məqaləsində müəllif Viktor Aleksandrov Qəbələ festivalının artıq üçüncü dəfə keçirildiyini və musiqi aləmində geniş rezonans doğurduğunu yazır: “Qafqazın bu dilbər guşəsinin Azərbaycanın İsveçrəsi adlandırılması bu gün heç kəsdə şübhə doğurmur. Əzəmətli dağların, sıx meşələrin, dağ çaylarının və ayna gözlü göllərin əhatəsində yerləşməsi Qəbələnin Cənubi Qafqazın mühüm mədəniyyət və turizm obyektlərinə aid olduğunu daha qabarıq nəzərə çarpdırır. Artıq üçüncü ildir burada beynəlxalq klassik musiqi festivalı keçirilir. Foruma Heydər Əliyev Fondu qayğı və diqqət göstərir”. Məqalədə Heydər Əliyev Fondunun prezidenti, Azərbaycanın birinci xanımı Mehriban Əliyevanın festival iştirakçılarına müraciətindən sitat da verilib:

   “Azərbaycan həmişə öz musiqi ənənələri ilə fərqlənmişdir. Heydər Əliyev Fondu da öz növbəsində ölkəmizin musiqi irsinin qorunub saxlanmasına və təbliğinə dair bir sıra iri layihələr həyata keçirir. Qəbələ beynəlxalq musiqi festivalı Heydər Əliyev Fondunun Azərbaycan və dünya musiqisi incilərinin, mədəni dəyərlərin hifz olunması istiqamətində növbəti addımı olmuşdur”.

   Qəbələ festivalının musiqi rəhbərlərindən biri, tanınmış violonçel ifaçısı və dirijor Dmitri Yablonski növbəti illərdə festivalın daha böyük miqyas alacağını deyir: “Tezliklə 2 min yerlik yeni konsert salonumuz olacaq. Bundan əlavə, mədəniyyət mərkəzi tikilir. Orada 400 tamaşaçı tutan kamera salonu olacaq. İncəsənət Akademiyası tikmək ideyası var. Bir çox uşaq özünü musiqiyə həsr edə bilər, gələcəkdə musiqi təhsili ala bilər. Təhsil və mədəniyyət layihələri Heydər Əliyev Fondu tərəfindən dəstəklənir. Bu da heç şübhəsiz məni sevindirir”.

   Festivalın iştirakçısı olmuş dünya vokal sənətinin ulduzlarından Londonun “Kovent Qarden” Kral Opera Teatrının solisti, Rusiyanın Xalq artisti Sergey Leyferkus Qəbələdəki musiqi bayramından dərin təəssürat aldığını bildirir: “Sözün düzü, Qəbələ kimi ecazkar təbiəti olan dağ rayonunda irimiqyaslı festivalın keçirilə biləcəyini təsəvvürümə gətirmirdim. Xanımımla birlikdə Bakıda tez-tez oluruq, şəhərin görməli yerlərini gəzirik və həmişə azərbaycanlıların qonaqpərvərliyini hiss edirik. Lakin burada gördüklərimiz ən cəsarətli ümidlərimizi də üstələdi. Qəbələ festivalının uzunömürlü olacağına şübhə ola bilməz. Azərbaycan böyük vokal və musiqi potensialı olan unikal ölkədir. Odur ki, festival haqqında tam təsəvvürə malik olmaq üçün mütləq burada olmaq, hər şeyi öz gözlərinlə görmək, köksündə təbiətin ruhunu hiss etmək və böyük musiqi dünyasına baş vurmaq lazımdır”.

   “Yeni Rusiya” simfonik orkestrinin bədii rəhbəri və baş dirijoru Yuri Başmet ikinci dəfədir ki, Qəbələ festivalında iştirak etdiyini deyir: “Festival inkişaf edir və geniş vüsət alır. Əminəm ki, tezliklə o, Elba adasındakı festival kimi, Verbye festivalı kimi hamı tərəfindən tanınan beynəlxalq yay layihələri ilə bir sırada duracaq”.

   Norveçli dirijor Terye Mikkelsen: “Dünyada festivalların sayı çoxdur. Bəzilərinin 50 daha çox yaşı vardır. Belə layihələr bir gün ərzində görülmür. Bunun üçün vaxt lazımdır. Festivalın konsert proqramlarında Azərbaycan Skandinaviya mədəniyyətləri arasında çoxlu oxşarlıq gördüm. Axı, insanlar dörd min il əvvəl Skandinaviyaya Azərbaycandan səyahət etmişlər. Qəbələdə yeni yaradıcılıq yüksəlişi enerjimin artdığını duydum. Özümü evdəki kimi hiss etdim”.

   Müəllif məqaləni bu sözlərlə bitirir: “Ümid edək ki, Qəbələdə növbəti festival klassik musiqinin daha çox dostu xiridarını bir araya gətirəcək, Azərbaycanın dünya ölkələri ilə tərəfdaşlıq əlaqələrinin əməkdaşlığının inkişafına yeni təkan verəcək”.

   

   Qəbələ: piano fabriki yanında musiqi festivalı

  

   “Rusiya-24” informasiya kanalında efirə gedən internet-saytda yerləşdirilənQəbələ: piano fabriki yanında musiqi festivalıadlı məqalə maraq doğurur.

   Müəllif Gulya Baltayeva Qəbələdə məşhur musiqiçiləri dinləməklə yanaşı, arxeoloji qazıntıları gördüyünü, buradakı fabrikdə royalın necə quraşdırıldığının şahidi olduğunu yazır. İki il bundan əvvəl ilk pianonun quraşdırıldığı fabrikdə məşhur piano ustası Yohan Bertmanın nəvəsi Hans Leferink işləyir. Bu alətlərə Bertmanın adı verilib. Müəllif Leferinkin sözlərini misal gətirir: “Bu, Avstriya şamıdır, o çox bahalıdır, amma valehedici səsi var, bu ağac isə Azərbaycandandır. Biz üçün Azərbaycanda belə fabrik açmağı qərara aldıq? Bizə bir neçə ölkədə bir neçə variant təklif etdilər. Keçmiş tütün fabrikinin ərazisində həyata keçirilmiş bu variant iqlimi imkanları ilə bizə daha maraqlı göründü. Festivala isə söz yoxdur!”.

   Materialda fabrikin yaxınlığındakı müqəddəs apostol Yelisey məbədindən, Qəbələnin qədim tarixindən söz açılır: “Qəbələ Azərbaycanın çox qədim şəhəridir. Alimlərin fikrincə, şəhərin azı 2000 yaşı vardır bunun 600 ilini Qəbələ Qafqaz Albaniyasının paytaxtı iri ticarət mərkəzi olub”.

 

   * * *

 

   TürkiyəninHürriyyətqəzetində dərc olunan məqalədə beynəlxalq musiqi festivalına ev sahibliyi edən Qəbələdə dünyanın ən məşhur musiqi alətləri brendi olanBeltmann” piano fabrikinin yaradılmasından söz açılır: “Dünyada tanınmışBeltmannpianolarının təsisçisinin nəvəsi Azərbaycan hökumətinin dəvəti ilə Qəbələdə fəaliyyətə başlayıb. Qeyd olunur ki, fabrikdə 500 piano hazırlanıb.

   O da bildirilir ki, “Beltmannpianolarından ibarət Almaniyada ayrıca sərgi salonu var. Daha iki sərgi salonunun isə Moskva Bakıda açılması nəzərdə tutulur.

 

 

  Mədəniyyət.- 2011.- 12 avqust.- S. 8.