İlk addımlar atılan məkan

 

  Mustafa Mərdanov Tiflis Azərbaycan teatrında

  

   İlk addımlarını Tiflis Azərbaycan teatrında atan səhnə xadimlərindən biri görkəmli teatr kino aktyoru, teatr təşkilatçısı, Azərbaycanın Xalq artisti Mustafa Mərdanov (1894-1968) olub. İndiki gənc nəsil onu səhnədə görməyib. Ancaq Mustafa Mərdanovun iştirakı ilə çəkilmiş «Fətəli xan», «Görüş», «O olmasın, bu olsun», «Səhər», «Əhməd haradadır başqa filmlərə bu gün maraqla tamaşa edilir.

  

   Görkəmli teatrşünas, akademik Cəfər Cəfərovun aktyorun «50 il Azərbaycan səhnəsində» (Bakı, 1959) adlı xatirələr kitabına yazdığı ön sözdə oxuyuruq: «Azərbaycan teatrı dedikdə təkcə Azərbaycanda fəaliyyət göstərən truppaları nəzərdə tutmaq olmaz. «Azərbaycan teatrı» məfhumu daha genişdir. Çünki Azərbaycan teatrı eyni zamanda Gürcüstanda, Ermənistanda, Orta Asiyada, xüsusən Türkmənistanda, habelə Cənubi Azərbaycanda da inkişaf etmişdir. Uzun müddət Zaqafqaziyanın inzibati mədəni mərkəzlərindən olan Tiflis şəhərində Azərbaycan teatrı hələ keçən əsrin axırlarından fəaliyyət göstərməyə başlamış bu fəaliyyət getdikcə genişlənərək Azərbaycan teatrının ümumi inkişafına səmərəli təsir göstərmişdir. Mustafa Mərdanov Tiflisdə doğulub böyüdüyündən onun səhnə fəaliyyəti bir müddət məhz buradakı Azərbaycan teatrı ilə bağlı olmuşdur».

   Mustafa Mərdanov 1894-cü ildə Tiflisdə anadan olub. 1905-ci ildə burada gimnaziyaya daxil olub. 1909-cu ildə gimnaziyanın dördüncü sinfində oxuduğu vaxt TiflisdəkiKazyonnı teatr”da «Faust» operasının tamaşasına baxmış bu onun həyatında, sonradan özünün yazdığı kimi, «ən böyük hadisələrdən biri» olmuş, eyni zamanda, ömür yolunu müəyyənləşdirmişdir.

   Aktyorun xatirələrindən: «Faust» operasının tamaşası, xüsusən qoca doktorun dönüb cavan olması səhnəsi mənə böyük təsir bağışladı. O gündən mənim bütün fikrim-zikrim teatr oldu. Hər gün məktəbə gedəndə evdə mənə pul verirdilər ki, yeməyə bir şey alım. Mən bu puldan qənaət eləyib teatra bilet alırdım».

   O, müntəzəm olaraq tamaşalara gedər, teatr tarixinə aid, habelə ayrı-ayrı aktyorlar haqqında məqalə kitablar oxuyardı. Məhərrəmlik vaxtı keçirilən şəbih tamaşalarına da maraqla baxar, hətta bu mərasimlərin məşqlərində iştirak edərdi.

   Mustafa Mərdanovun atası Hacı Haşım əmisi Əbdülməhəmməd əsasən ticarətlə məşğul olsalar da, teatrı çox sevir, artistlərə maddi mənəvi yardım göstərirdilər. Qardaşlar Tiflis ziyalıları, o cümlədən Tiflis teatrının aktyorları ilə müntəzəm olaraq görüşür, onlarla dostluq edirdilər. Bu görüşlərdə Mustafa da iştirak etməyə çalışar, onların söhbətlərinə diqqətlə qulaq asardı.

   Aktyor olmaq həvəsi bir an onu tərk etmirdi. Nəhayət, 1909-cu ildə bu arzusunun reallaşdırılması yolunda ilk addımını atır. Mustafa həmin il öz həmyaşıdlarının iştirakı ilə (bunların arasında sonradan Gürcüstanın Xalq artisti adına layiq görülmüş İbrahim İsfahanlı Tiflis teatrının aktyoru Nadir İbrahimov da olmuşdur) Azərbaycan dilinə tərcümə edilmiş «Xor-xor» vodevili əsasında tamaşa hazırlayır. Bu tamaşa qonşunun zirzəmisində göstərilir maraq doğurur. Mustafa Mərdanov dostları bundan ruhlanaraq tamaşanı bir həftədən sonra təkrar göstərir qrim etmək üçün Tiflis teatrının aktyoru Mirzəxan Quliyevi dəvət edirlər. Mirzəxan Quliyev tamaşada Seyfulla rolunda çıxış edən Mustafa Mərdanovun oyununu bəyənir bu barədə onun atasına məlumat verir, gənc «aktyoru» tərifləyir. Beləliklə Mustafa Mərdanovun böyük səhnəyə çıxması üçün «yaşıl işıq» yanır.

   1910-cu ildən başlayaraq o, Tiflis teatrının aktyorları ilə dostlaşır teatrın tamaşalarında iştirak edir. Mustafa Mərdanov bu teatrın aktyoru təşkilatçısı Mirzəli Abbasovun məsləhətlərindən xeyli faydalanır bir aktyor kimi özünü təsdiq edir.

   Onun bu teatrda ilk rolu J.B.Molyerin «Zorən təbib» komediyasında nökər Valerik olur. Tamaşanı Mirzəxan Quliyev hazırlamışdı.

   Aktyorun xatirələrindən: «Birinci rolu alandan sonra bir neçə gün iştaham tamam kəsildi, boğazımdan su da keçmədi. Görüb-götürmüş aktyorlara yanaşıb oynayacağım rol haqqında onlardan məsləhətlər alırdım. Nəhayət, tamaşa günü gəlib çatdı. Hər gün gördüyüm teatr binası elə bil dəyişmişdi, üçünsə qorxurdum. Səhnənin yolunu güc-bəla ilə tapıb artistlərin otağına gəldim, geyinməyə başladım. Sözün doğrusu, cür oynadığım yadımda deyildir, ancaq dedilər ki, yaxşı oynamışam».

   Mustafa Mərdanovun bu teatrda ikinci roluHacı Qəmbər” (“Yağışdan çıxdıq yağmura düşdük”, Nəcəf bəy Vəzirov - red.) tamaşasında Hacı Qəmbər olur. Mirzəli Abbasovun hazırladığı tamaşa Zubalov Xalq Evində (indiki K.A.Marcanaşvili adına teatr) göstərilir. Mustafa Mərdanov bu tamaşada da uğur qazanır. Lakin bu uğur ona bir məyusluq gətirir.

   Aktyorun xatirələrindən: «Gördüm ki, tamaşaçılar əl çalırlar. Bu məni ruhlandırdı. Sevincək aktyor otağına tərəf yollandım. Bir gördüm gimnaziyanın inspektoru qapının ağzında dayanıb. O məni Hacı Qəmbərin paltarında, qrimdə görüb belə dedi: - Sinifdə bir kəlmə danışa bilmirsən, dilin topuq vurur, burada dil-dil ötürsən. Atana de ki, sabah gəlib sənədlərini aparsın.

   Ertəsi gün məni artistlik etdiyimə görə gimnaziyadan qovdular».

   Bir müddət sonra Azərbaycan səhnəsinin məşhur aktyoru Hüseyn Ərəblinski Tiflisdə olarkən Mustafa Mərdanov bu barədə ona məlumat verir. Hüseyn Ərəblinskinin məsləhəti ilə Mustafa Mərdanov müvəqqəti olaraq səhnədən ayrılır gimnaziyada təhsilini davam etdirir. Ancaq boş vaxtlarında yenə teatra gedir, aktyorların məşqlərinə baxırdı.

   Bir müddətdən sonra yenidən səhnəyə qayıdır burada professional bir sənətkar kimi yetişir, püxtələşir. Professor Abbas Hacıyev «Tiflis Azərbaycan teatrı» kitabında yazır: «Mirzəli Abbasov, M.S.Kirmanşahlı, Ə.Yüzbaşov Mirzəxan Quliyevin qayğısı ilə səhnəyə gələn Mustafa Mərdanov 1922-ci ilin sonuna qədər Tiflis Azərbaycan teatrında fəaliyyət göstərmiş, buradamüasir səhnənin yaranmasında əsas simalardan biri olmuşdur».

   Mustafa Mərdanov 1910-cu illərdə bu teatrın bir dəstə aktyoru ilə İrəvan, Təbriz İstanbul şəhərlərinə qastrola getmiş, bu qastrolların təşkilatçılarından iştirakçılarından biri kimi tanınmışdır.

   İrəvan qastrolu zamanı «Dəmirçi Gavə» («Gaveyi-ahəngər»), «Ölülər», «Arşın mal alan» «Bəxtsiz cavan» tamaşalarının göstərilməsi nəzərdə tutulmuşdu. O vaxtlar sənət yollarında ilk addımlarını atan gənc xanəndə Bülbülün tarzən Məşədi Cəmil Əmirovun İrəvanda olmasından istifadə edən aktyorlar Bülbülün iştirakı ilə «Əsli Kərəm» operasını da tamaşaya qoyurlar. Bülbül, eyni zamanda, «Arşın mal alan»da çıxış edir.

   Uğurlu tamaşaları ilə irəvanlı soydaşlarımızı valeh edən aktyorlar bir az keçməmiş çətin vəziyyətdə qalmışlar: «Ölülər»də Şeyx Nəsrullah obrazını məharətlə yaradan «Molla Nəsrəddin»çi şair Əliqulu Nəcəfov (Qəmküsar) tamaşanın ertəsi günü İrəvanın mövhumatçı möminləri tərəfindən döyülür. Qeyd edək ki, Mustafa Mərdanov həmin tamaşada Hacı Həsən rolunu oynayırdı. Lakin bu hadisə truppanı ruhdan salmır, aktyorlar nəzərdə tutulmuş bütün tamaşaları göstərir Tiflisə qayıdırlar.

   Mustafa Mərdanovun sənət dostları ilə növbəti səfəri Təbrizə olur. Bu səfər zamanı yuxarıda qeyd olunan tamaşalarla yanaşıÖlülər»dən başqa), «Əlli yaşında cavan» «Nadir şah»ı, habelə bir sıra vodevilləri Təbriz Mərənd tamaşaçılarına təqdim edirlər.

   Professor Abbas Hacıyevin «Tiflis Azərbaycan teatrı» kitabından: «Qastrolun (Təbriz qastrolu - A.B.) təşəbbüskarları Əşrəf Yüzbaşovla Mustafa Mərdanov idi. Tamaşaların rejissorluğu İbrahim İsfahanlıya, musiqi hissələrinin idarəsi Haşım Haşımova tapşırılmışdı. Truppa çətinliklərə məruz qalsa da, Təbriz Mərənddə bir sıra tamaşalar verib, böyük müvəffəqiyyət qazandı».

   Tiflis teatrının 1919-cu ildə Türkiyəyə uğurlu qastrolu barədə «Mədəniyyət»in oxucularına məlumat vermişik. Bir şeyi xatırladaq ki, tamaşaçıların istəyi nəzərə alınaraq qastrol müddətində «Arşın mal alan» 43 dəfə göstərilmişdir. Bu tamaşada əsas rollardan birini - Sultan bəy rolunu Mustafa Mərdanov oynamışdır.

   Qastrol zamanı Türkiyə mətbuatında ayrı-ayrı tamaşalar, habelə aktyorlar haqqında müsbət rəylər dərc edilirdi. «Tamaşa» dərgisində Mustafa Mərdanov barədə belə yazılmışdı: «Həyatda həlim, səlim və bütün qüdrət və məziyyətini inkar edən bu gənc, eyni bir ustad əlində, xariqələr göstərəcək dərəcədə istiqbale badayeyə vəd rəfah ediyor. Bizə Qafqazın bəlli başlı, bütün xüduti müəyyən tiplərini göstərənlərdən biri də Mustafa bəydir» (Sitat Mustafa Mərdanovun «50 il Azərbaycan səhnəsində» (Bakı, 1959) kitabından götürülmüşdür).

   Mustafa Mərdanov 1921-ci ildən fəaliyyətini rəsmi olaraq Tiflis Azərbaycan Dövlət Dram Teatrında davam etdirir. O, 1922-ci ildə bu teatrın Bakı şəhərində göstərdiyi qastrol tamaşalarında iştirak edir. Daha sonra Azərbaycan hökuməti tərəfindən bir neçə aktyorla birlikdə ali təhsil almaq üçün Moskvaya göndərilir.

   Oradan qayıtdıqdan sonra bütün ömrünü Azərbaycan kinosu və teatrı ilə bağlayır.

  

 

   Adilxan Bayramov,

   filologiya elmləri doktoru

   

   Fotoşəkillər Cəfər Cabbarlı adına Azərbaycan Dövlət Teatr Muzeyinin fondundan götürülmüşdür.

 

   Mədəniyyət.- 2011.- 17 avqust.- S. 13.