Sabir adına kitabxanada yubiley sərgiləri

 

   Səbail Rayon Mərkəzləşdirilmiş Kitabxana Sisteminin 1 nömrəli filialında - M.Ə.Sabir adına mərkəzi şəhər kitabxanasında Xalq şairi Qabilin (1926-2007) anadan olmasının 85-ci ildönümünə həsr edilmiş sərgi açılıb. Sərgidə Qabilin “Seçilmiş əsərləri”, “Adsız bulaqlar”, “Qoy danışsın təbiət”, “Təmizlik”, “Rübailər”, “Gülləboran eylədilər”, “Ömür həbləri”, “Nəsimi” və digər kitabları nümayiş etdirilib, şairin yaradıcılığı haqqında oxuculara ətraflı məlumat verilib.

   Kitabxanada həmçinin tanınmış yazıçı-tərcüməçi, Əməkdar mədəniyyət işçisi Ələviyyə Babayevanın 90 illiyinə həsr olunmuş sərgi açılıb. Sərgidə yazıçının “Haradasan dost, harada...”, “Adamlar və talelər”, “Yanar su”, “Səni axtarıram”, “Tut ağacı” və digər kitabları nümayiş olunub, yaradıcılığı haqqında oxuculara ətraflı məlumat verilib.

 

 

   Mədəniyyət.- 2011.- 17 avqust.- S. 12.