Müslüm Maqomayevin xatirəsi yad edildi

 

   Avqustun 17-də zəmanəmizin görkəmli musiqiçisi, müğənni və bəstəkar, Azərbaycanın və SSRİ-nin Xalq artisti Müslüm Maqomayevin anadan olmasının 69-cu ildönümü ilə bağlı sənətkarın Fəxri xiyabandakı məzarı yanında xatirə mərasimi keçirildi.

  

   Müslüm Maqomayevin qəbrini ziyarət edən mədəniyyət və incəsənət xadimləri, ictimaiyyət nümayəndələri görkəmli sənətkarın xatirəsini yad edərək onun haqqında ürək sözlərini söylədilər, məzarı üstə güllər düzdülər.

   Böyük sənətkarın xatirəsini yad etmək üçün Fəxri xiyabana gələnlər arasında M.V.Lomonosov adına Moskva Dövlət Universiteti Bakı filialının rektoru, filologiya elmləri doktoru, professor Nərgiz Paşayeva, SSRİ Xalq rəssamı Tahir Salahov, müğənninin həyat yoldaşı Tamara Sinyavskaya, məşhur adamı və tanınmış müğənni Emin Ağalarov, Mədəniyyət və Turizm Nazirliyinin Aparat rəhbəri Firudin Qurbanov, xalq artistləri Eldar Quliyev, FidanXuraman Qasımovalar, Rusiyanın ölkəmizdəki səfiri Vladimir Doroxin, Rusiyanın Xalq artisti, məşhur teatr rejissoru Roman Vityuk və başqaları vardı.

   Anma mərasimində çıxış edən kinorejissor Eldar Quliyev uzun illər yaxın dostluq etdiyi Müslüm Maqomayevin əfsanəvi şöhrətindən söz açdı.

   Rusiyanın Azərbaycandakı səfiri Vladimir Doroxin böyük musiqiçi Müslüm Maqomayevin Azərbaycan ilə Rusiya arasında mövcud olan tarixi dostluq əlaqələrinin daha da möhkəmlənməsinə, iki ölkə arasında mədəni əlaqələrin inkişafına böyük töhfə verdiyini bildirdi.

   Xalq artistləri FidanXuraman Qasımova bacıları Müslüm Maqomayevin bənzərsiz sənətkarlığından, fitri istedadından, zəngin yaradıcılığından danışdılar. Müslüm Maqomayevin sərhəd bilməyən fenomenal populyarlığını qeyd edərək onun ifasında həm ən çətin ariyaların, həm də ən lirik estrada mahnılarının ecazkarlıqla səsləndiyini dedilər.

   Xatirə mərasiminin sonunda çıxış edən sənətkarın ömür-gün yoldaşı Tamara Sinyavskaya bildirdi ki, Müslüm Maqomayevin belə böyük sevgi ilə anılması ona mənəvi güc verir: “Bütün bunları gördükdən sonra tam əminliklə deyə bilərəm ki, Müslüm Maqomayev heç vaxt unudulmayacaq

   Xatırladaq ki, görkəmli operaestrada müğənnisi, bəstəkar Müslüm Məhəmməd oğlu Maqomayev 1942-ci il avqustun 17-si Bakıda anadan olub. 2008-ci il oktyabrın 25-də Moskvada vəfat edib. Sənətkarın cənazəsi prezident İlham Əliyevin təşəbbüsü ilə Bakıya gətirilərək Fəxri xiyabanda torpağa tapşırılıb.

  

   İkinci belə bir sənətkar dünyaya gəlməyəcək”

  

   Müslüm Maqomayevin xatirəsini yad etmək üçün Fəxri xiyabana gələn tanınmış bəstəkar, müğənni Emin Ağalarov dahi sənətkarla bağlı fikirlərini jurnalistlərlə bölüşdü:

   - Müslüm Maqomayevi bir-iki cümlə ilə təsvir etmək mümkün deyil. O, böyük insan idiçox şadam ki, onunla görüşmə, ünsiyyətdə olma imkanım olub. Fikirlərini mənimlə bölüşərdi. O anlar mənim üçün unudulmaz olduğu qədər də əlçatmazdır. Müslüm Maqomayev ad gününü böyük salonlarda, hay-küylü keçirməyi xoşlamazdı, ancaq dostlarının əhatəsində qeyd edərdi. Hədiyyələri bir o qədər də sevməzdi. Məşhur insanlar onu təbrik etməyə gələrdilər, onun haqqında gözəl sözlər deyərdilər. Onlar etiraf edidilər ki, Müslüm Maqomayev kimi məşhur olmağı ancaq xəyal edə bilərlər. Mən bu sözlərin canlı şahidiyəm və bu, danılmaz faktdır ki, Müslüm Maqomayev bütün dövrlərin musiqiçisidirikinci belə bir sənətkar dünyaya gəlməyəcək”.

  

   Müslüm Maqomayev haqqında tamaşa hazırlamaq barədə düşünürəm”

  

   Rusiyanın Xalq artisti, məşhur teatr rejissoru Roman Vityuk da Müslüm Maqomayev haqda fikirlərini bölüşdü:

   - Müslüm Maqomayev haqqında tamaşa hazırlamaq haqda düşünürəm. Belə bir fikrim varonu ilk dəfə sizə deyirəm. Lakin hələlik bu barədə konkret danışmaq tezdir. Müslüm Maqomayev dahi şəxsiyyət idi. O, anlayırdı ki, xoşbəxtlik iki bədbəxtlik arasında olan fasilədədir. Bədbəxtlik yorulanda xoşbəxtlik gəlir. İnsanların daxilində sevgi işığının parlamasında belə sənətkarların rolu danılmazdır”.

 

 

   Reyhan

 

   Mədəniyyət.- 2011.- 19  avqust.- S. 3.