Niyazinin anadan olmasının 99-cu ildönümü qeyd edilib

 

   Avqustun 19-da Azərbaycan Musiqi Mədəniyyəti Dövlət Muzeyinin təşkilatçılığı Bəstəkarlar İttifaqının dəstəyi ilə SSRİ-nin Azərbaycanın Xalq artisti, SSRİ Azərbaycan Dövlət mükafatları laureatı, Cəvahirləl Nehru adına Beynəlxalq mükafat laureatı, Sosialist Əməyi Qəhrəmanı, görkəmli bəstəkar dirijor Niyazinin (Tağızadə-Hacıbəyov) anadan olmasının 99-cu ildönümünə həsr olunmuş gecə keçirilib. Niyazinin mənzil-muzeyində keçirilmiş gecədə tanınmış bəstəkarlar, sənətşünaslar, digər mədəniyyət incəsənət xadimləri iştirak ediblər.

   Tədbiri muzeyin direktoru Rza Bayramov açaraq prezident İlham ƏliyevinNiyazinin 100 illik yubileyinin keçirilməsi haqqında” 2010-cu il 20 may tarixli sərəncamını diqqətə çatdırıb. Bildirib ki, Azərbaycan Musiqi Mədəniyyəti Dövlət Muzeyi bu sərəncamdan irəli gələn vəzifələrlə əlaqədar bir sıra tədbirlər həyata keçirməyi planlaşdırır. Buraya maestronun əsərlərinin kataloqunun, “Niyazi təsviri sənətdəaçıqcasının, veb-saytın hazırlanması s. daxildir.

   Rza Bayramov qeyd edib ki, maestronun yubileyinin UNESCO səviyyəsində qeyd edilməsi üçün Azərbaycan Respublikasının Mədəniyyət Turizm Nazirliyi tərəfindən həmin təşkilata müraciət olunub.

   Niyazinin mənzil-muzeyi haqqında məlumat verən Rza Bayramov burada 6700-dən artıq eksponatın olduğunu diqqətə çatdırıb.

   Gecədə bəstəkar Azər Dadaşov Niyazi haqqında xatirələrini iştirakçılarla bölüşüb, fortepiano üçün yazdığıNiyazi 99” pyesini ifa edib. Bəstəkarlardan Ceyhun Allahverdiyevin, Vasif Allahverdiyevin, Pikə Axundovanın, Nərminə Nağıyevanın əsərləri səsləndirilib. Azərbaycan Dövlət Akademik Opera Balet Teatrının solisti, beynəlxalq müsabiqələr laureatı, Əməkdar artist Fidan Hacıyevanın, teatrın solisti Tural Ağasıyevin ifasında romanslar böyük maraqla qarşılanıb.

   Prezident təqaüdçüsü, P.İ.Çaykovski adına Moskva Dövlət Konservatoriyasının nəzdindəki mərkəzi musiqi məktəbinin 8-ci sinif şagirdi Nazxanım Dadaşova pianoda NiyazininŞur rəngiPrelüdiya”sını ifa edib.

   Tədbirdə maestro Niyazi haqqında slayd-şou da nümayiş etdirilib. Onu da qeyd edək ki, avqustun 19-u 20-si Niyazinin mənzil-muzeyindəAçıq qapıgünü elan olunub. Bu günlərdə muzeydə digər tədbirlərlə yanaşı, maestro haqqında film nümayiş olunur.

 

 

  Mədəniyyət.- 2011.- 24 avqust.- S. 6.