Oxu, tar!

 

   Səndə o ustad ruhu var...

  

   Duydum-duymadımüstə köklənmə, canlı sənət varlığımız, cənnət varımız, oxu! Çalınıban-çal hər dəm o ustadın xəyalına dal ki - səndə ən çox onun ruhu var...

   ...İndi, tarım, yüz illərdi şikəstələdiyimiz “...simi gözlərehtiyatkarlığımızınacığına” o telləri tarzənsiz-mizrabsız - zərbi-eşq ilə dindir, qırılsa, Dəmirçioğlu demişkən, “suçunu boynuma mindir”, alınsa, duyacaqsan o əvəzsiz ustad kimdir...

  

   Ələsgərin sazı, Qurbanın tarı

  

   O ustad haqqında belə öyğulər çoxdur. Ona görə gözəl özəl şair Famil Mehdinin - onun həmyerlisinin bu misrasını başlıqladım ki, qoy dünyasınıQarabağ dərdilə bahəmdəyişən o şairin ruhu bir yadasalımlıq şad olsun. Bəli,

  

   DinləÇahargah”ı, eşitQatar”ı -

   Könül dünyasının sərvəti, varı.

   Ələsgərin sazı, Qurbanın tarı,

   Seyidin, Cabbarın avazıyam mən...

  

   , daha duydum-duymadım”, dədə-baba yadigarı, cəmi aşiq-məşuqlar yarı, oxu! Oxu, öt aradabirsəni kim unudar?!” kimi avtosual-nidalarına belə bir səda da qat: bu sənətə kəm baxanlar, “Oxuma, tar! İstəmir səni proletar! Səndə çalınmır “Qatar”!” - deyə, sovet ildırımı çaxanlar, ehtiyatlı olun, sizi belə ustadların ruhi-ahı tutar!

   Oxu, bu gün ən müasir salonları, ən gənc məclisləri qocaman Şərq xəyalatına daldıran, şəbəkə-şəbəkə şöbələri, ağsaqqal-ağsaqqalmayə”ləri, asta-becid keçidləri, “güli-rüxsarinə qarşugedişlərilə biziahəstəcə qandıran”, səni-tarı susma, oxu!

   Çal bizlərdən bütün həzz duyğularınızın, zövq hisslərimizin, mənəvi, cismi, ismi hallarımızın o ruha dair daha birtarif”-tərifini al. Dinləyəcək həmən biləcəyik ki:

   Sən - səni barmaqları ilə nəinki təkcə dilləndirən, həm gül-gül gülləndirən; Sənin - əsl Azərbaycan tarının yaradıcısı olan Sadıqcandan bilavasitə dərs alan;

   - Sənə - öygü-sevgilərlə ithaf edilən saysız-hesabsız şeirlərin əzəl mübtədası olan;

   - Səni - “...sinəsinə bütöv Şərq balasıtək alan” (İslam Abdullayev), “mizrabıylagürzətək çalan” (Seyid Şuşinski);

   - Səndə - “...gah meh kimi qəlb mənzilinə dolan, gah tufan salan” (Sadıqcan);

   - Səndən - “Ərəbzəngi kimi bac alan” (Xan Şuşinski) Qurban Pirimovdan danışırsan...

   Məclislər başı, üzüklər qaşı, ləzzət-izzət çeşməsi, məhəbbətlər hədəfi sədəflim, səninsaznan dediklərini” biz söznən deyək. Sən onun ərz-halından, biz isə -

  

   Tərcümeyi-halından

  

   Özündən yüz il əvvəl nəsil-nəcabət şöhrəti doğulub bu ustadın. Babası - məşhur Aşıq Valeh XVIII əsr Azərbaycan saz-sözünün gözü olub. Sonrakı yüzilin 80-ci ilində o böyük sazəndə ocağının gələcək tarzəni doğulub. Onun da sənədinə bənzərsiz sənət yurdlarımızın adı düşüb: Şuşa qəzası, Abdal Gülablı kəndi. On yaşından on üçünə qədər atası onu - çalıb irəli getdiyi bütün pərdələrdən ən azı üç dəfə geri qaytarırmış (bunu yadda saxlamalı). On dördündə - bığ yeri təzəcə tərlədiyi yaşda isə “Sudan gələn sürməli qız”ı necə çalıbsa, o çağadək ot-alafdan ( bir hər yay dağa köç zamanı Hoğa kəndindəki oğru dığalardan) savay heç çalmamış ata əlləri sürəkli bir çəpik çalıb. Hələ ardınca, niyə məhz bu mahnını bu cür havalandırmasının səbəbkarına - gündə bu qapıdan 10-15 dəfə keçərək suya gedib-sudan gələn bir sürməsiz qızcığaza yönəli - oğluna birarifigöz basıb (bunu yadda yox, segahi-ladda saxlamalı)...

   Xatirələrə görə on dördündə atasının alqışını, on beşində ustadlar ustadı Sadıqcanın xeyir-duasını alan Qurban Pirimov Qarabağ toylarında pir xanəndələri müşayiət etməyə başlayır. Hərdən Azərbaycan sərhədlərindən kənarlara - Qafqazlara dəvət alır. Bu qos-qoca alət çox gənc Qurbanın kövrək sinəsində daha bir örnək-yuva tapır. O toyların birində böyük xanəndə İslam Abdullayevbu yaşda tarı sinəsinə bütöv bir Şərq balasıtək sıxıb Azərbaycan anasıtək dilləndirən Qurban”ı görüb, onu özünə daimi müşayiətçi götürür. Lakin Qurbanın gündən-günə yayımlanan şöhrəti onun simasında böyük qənimət əldə etmiş xanəndənin arzularınaqənimkəsilir. Belə ki, 1905-ci ildə Gəncə toylarının birində Qurbanın ifasına vurulan Cabbar Qaryağdıoğlu - İslam Abdullayevdən razılıq alaraq - onu özü ilə Bakıya gətirir.

   O, Bakıya düşəndə bu şəhərdən tək neft iyi yox, böyük sənət qoxusu da gəlirdi. Dillər “O olmasın, bu olsundeyirdi, “Arşın mal alan”dan danışırdı, əllərMolla Nəsrəddin”i bir-birinə ötürürdü ... qədim Azərbaycan mədəniyyəti yepyeni bir sənət övladına hamilə idi. Nəhayət, 1908-ci ildə həmin əsər-övlad - “Leyli Məcnundoğuldu 28 yaşlı Qurban bu operanın ilk tamaşasında orkestrin solisti oldu.

   Sonra yaş üstünə yaş gəldi. Qurban-Məcnun həyatda öz Leylisini tapsa da, “Leyli Məcnunməhəbbəti səngimədi. 1908-i 18-ə, 28-ə... 58-ə caladı. Deyirlər ki, min dəfə çaldığı o tamaşalarda bu qədim-qayım kişinin üzü bircə kərə gülmədi. Amma qədər çalıb-çalışdısa da, Leylini Məcnuna verə bilmədi...

  

   Təsnif”-xatirələr

  

   Yuxarıda demişdim axı, on dörd-on beşində bir yanlış xala görə atası onu dəfələrlə - səslənişi bəd çıxsa da - dala qaytarıb. yəqin elə bir buna görə səksən beşində - 1965-in 10 avqustunda Dövlət Filarmoniyasının səhnəsində 23 dəqiqə çəkənRahab”ı elə çalıb ki, tamaşaçılar onu tufan-alqışlar altında düz üç dəfə səhnəyə qaytarıblar. O isə bu dəvətlərin birincisində gülümsünüb, ikincisində qayğılanıb, üçüncüsündə isə - gah alqışçılara, gah səbəbkara mat-mat baxan gənc ifaçılardan birinin qolundan yapışaraq, onu bir az öncə qalxdığı stula oturduban üzrxahlıq minnətdarlıq dolu baxışlarla səhnəni tərk edib. Həmin anlar emosiyalarını çəpiklərlə ovudan o tamaşaçıların ağlına gəlməzdi ki, hələ görünüşü qıvraq, mizrabı şaqraq bu ustad vur-tut 19 gündən sonra - 1965-ci il avqustun 29-da dünyasını dəyişəcək.

   Amma o tamaşaçılar, bütün musiqi ictimaiyyəti belə bir mətləbin fərqindəydilər ki, çox xanəndələri müşayiət etsə , o ustadın ən çox bağlandığı Xan Şuşinski bu itkidən nələr çəkir. Onuntardan Ərəbzəngi kimi bac alan Qurban”ı onu bağrı-badaş dostluqda (səhnə heç - burada kimsə tapılır) tənha qoyub getmişdi. Daha hansısa şöbədə, keçiddə, ayaqda hansı çaları vurğulamağı qurğulayan baxışlarını göydə tutan, himlərini cimləyən ustad qeybə çəkilmişdi...

   Xalq artisti Canəli Əkbərovun daQurban əmisihaqda xeylisarı sim”liyi var: “Ağlım kəsəndən bu dahi tarzənin qrammofon vallarını toplayıb evimizə yığardım. Cabbar Qaryağdıoğlunun onun müşayiətilə oxuduğuHeyratı” eynilə oxumağı çoxlu məşq edib başa vurandan sonra, bunu necə olur-olsun Qurban əmiyə eşitdirmək eşqinə düşdüm. Bir gün onu dənizkənarı parkın sakit bir guşəsində görüb, özümü ətrafımdakı tay-tuşlarımın qarasındagizlədərəkoxumağa başladım. səbəbdənsə, həmin gün tarını da özüylə götürmüş Qurban əmi ayaq saxladı. Ecazkar sənət alətini sinəsinə basıb, məni bir-iki şöbə müşayiət etdi. Çalğısı ilə ürəyimi vəcdə gətirən ustad, ayrılarkən dediyi sözlərilə qəlbimi dağa döndərdi: “Hələlik, gələcəyin böyük xanəndəsi!..

   Elə onun Xalq artisti adı, “Şərəf nişanı”, “Qırmızı əmək bayrağıordenləri, neçə-neçə filmoqrafiya fakturaları, adı çəkiləndə köhnə müasir sənət adamlarının təzimanə duruş-baxışları da az xatirələr söyləmir. O xatirələrə hələ deyilməmiş belə birisini qoşaq: Qurban Pirimov tardan çox, lap çox gec doğulsa da, tarın gələcəyi qədər yaşayacaq...

  

 

  Tahir Abbaslı

 

  Mədəniyyət.- 2011.- 26 avqust.- S. 10.