Məşhur rejissor Roman Vityuk Bakıda Rostropoviçlərin ev-muzeyi ilə tanış olub

 

   Xəbər verdiyimiz kimi, məşhur teatr rejissoru, Rusiyanın Ukraynanın Xalq artisti Roman Vityuk Bakıya səfərə gəlib. Qonaq avqustun 22-də görkəmli musiqiçilər Leopold Mstislav Rostropoviçlərin ev-muzeyini ziyarət edib.

  

   Hələ gənclik illərindən maestro Mstislav Rostropoviçin pərəstişkarı olduğunu deyən rejissor Əməkdar incəsənət xadimi, dirijor Yalçın Adıgözəlovla muzeyə baş çəkib.

   Muzeyin direktoru Şeyla Heydərova qonaqları səmimiyyətlə qarşılayaraq M.Rostropoviçin ifasında səslənən musiqi sədaları altında onlara maraqlı ekskursiya keçib.

   Maestronun bütün həyatı boyu Bakıya olan bağlılığı haqqında məlumatlar, maestronun ulu öndər Heydər Əliyevlə dostluğu, onların bir-birlərinə yazdıqları məktubları, L.Rostropoviçin oğlu M.Rostropoviçə yazdığı məktub, fransız rəssamları tərəfindən çəkilmiş rəsm əsəri, T.Salahovun M.Rostropoviçə həsr olunmuş kompozisiyalı portreti digər unikal eksponatlar qonaqlarda maraq doğurub. Sonra qonaqlar M.Rostropoviçin 70 illik yubileyi münasibətilə rejissor A.Əliyevin çəkdiyiBizdə hər şey varadlı sənədli filmə baxıblar.

   Rejissor R.Vityuk maestro M.Rostropoviçlə bağlı xatirələrini bölüşüb. O, M.Rostropoviçin ifasında zəngin disk yazılarından ibarət kolleksiyası olduğunu işləyərkən, tamaşa hazırlayarkən daim onun musiqisini dinləyərək ruhlandığını bildirib.

   Rejissor muzeyin xatirə kitabına ürək sözlərini yazıb. Muzeyə ziyarətdən xatirə olaraq rejissora Heydər Əliyev Fondu tərəfindən maestronun 80 illik yubileyi münasibəti ilə hazırlanmış kitab hədiyyə edilib

 

 

   Mədəniyyət.- 2011.- 26 avqust.- S. 10.