Milli Kitabxanada “Azərbaycanın
səs irsi” elektron
bazası yaradılıb
M.F.Axundov adına Milli
Kitabxananın fondunda saxlanılan köhnə,
cızılmış və sıradan çıxmaqda olan
vallar CD disklərə köçürülür. Kitabxanadan
verilən məlumata görə, bu işləri həyata
keçirmək üçün kitabxanada «Azərbaycanın
səs irsi» elektron bazası yaradılıb. Artıq Azərbaycan
klassik musiqiçilərinin 500-ə yaxın əsəri CD-lərə
köçürülüb. Yalnız Milli Kitabxananın
fonunda olan bu əsərləri indi hər bir kəs dinləyə
biləcək və daha valı dinləmək
üçün köhnə musiqi aləti axtarmağa ehtiyac
qalmayacaq.
Disklərin təqdimatı sentyabr
ayında olacaq. Bu layihə çərçivəsində
«Azərbaycanın səs irsi» adlı kataloq da
buraxılıb. Kataloq Milli Konservatoriyaya, musiqi məktəblərinə,
mütəxəssislərə göndəriləcək.
Kitabxanada Azərbaycan ədəbiyyatının
arxivi şöbəsində olan nadir kitabların elektron
versiyası da yaradılıb. Yaxın vaxtlarda elektron layihə
də təqdim olunacaq.
Gülər
Mədəniyyət.-
2011.- 26 avqust.- S. 4.