Berlindəki Azərbaycan Evinin
beş yaşı
tamam oldu
Noyabrın 27-də Berlində fəaliyyət göstərən
Azərbaycan Evi beşillik yubileyini qeyd edib. Azərbaycan Evinin sədri Tofiq Qarayev qonaqları salamladıqdan sonra, gecəni idarə edən yazıçı
Əmir Pəhləvan
cəmiyyətin fəaliyyəti
haqqında qonaqlara məlumat verib, Azərbaycan Evinin bir sıra mədəniyyət
tədbirləri təşkil
etdiyini nəzərə
çatdırıb.
Ölkəmizin Almaniyadakı səfiri
Pərviz Şahbazov tədbirdə çıxış
edərək Azərbaycan
Evinin əməkdaşlarını
yubiley münasibətilə
təbrik edib, qurumun gələcək fəaliyyətində uğurlar
arzulayıb.
Azərbaycan Evinin yubileyi
münasibətilə Berlin-Bakı Qalereyasının
rəhbəri İbrahim
Əhrari də Azərbaycan Evinə uğurlar arzulayıb və hədiyyə olaraq öz rəsm əsərini təqdim edib.
Tədbirdə
Ü.Hacıbəyli adına
Bakı Musiqi Akademiyasının rektoru Fərhad Bədəlbəyli,
Milli Məclisin üzvü, müstəqil
siyasi analitik Rasim Musabəyov, “Dağlıq Qarabağ Bölgəsinin Azərbaycanlı
İcması” İctimai
Birliyinin İdarə Heyətinin üzvü, millət vəkili Rövşən Rzayev, millət vəkili Rauf Əliyev, Diasporla İş üzrə Dövlət Komitəsinin, Azərbaycan
səfirliyinin digər
əməkdaşları, çoxlu
sayda alman və azərbaycanlı qonaqlar iştirak ediblər.
Gecənin musiqi hissəsində Moldovadan gəlmiş sənətkar Konstantin Moskoviç
ney alətində
Azərbaycan xalq musiqisindən parçalar
və Azərbaycandan gəlmiş sənətkarlar
Azərbaycan və Avropa musiqisini ifa edərək, qonaqlara xüsusi musiqi çələngi ilə zövq veriblər.
Mehparə
Mədəniyyət.-
2011- 2 dekabr.- S. 7.