Tələbə-aktyorlar
təltif ediliblər
Mədəniyyət və İncəsənət
Universitetinin yaradıcılıqla
bilavasitə məşğul olan
fakültələrinin tələbələri mütəmadi
olaraq təkcə respublikamızda deyil, beynəlxalq festivallarda
da uğurla iştirak edirlər.
Son bir-iki ildə Tbilisidə, İstanbulda və bu günlərdə Almatı şəhərlərində keçirilən tələbə festivallarında ADMİU-nun nümayəndələrinin əldə etdikləri nailiyyətlər buna bariz sübutdur.
Azərbaycan Teatr Xadimləri İttifaqının növbəti dəfə keçirdiyi “2+1” eksperimental tamaşalar festivalında da universitetin tələbələrinin çıxışı yaddaqalan oldu.
Universitetin “Aktyor sənəti” fakültəsinin dekanı, dosent Ötkəm İskəndərovun tövsiyəsi ilə bu sənət yarışında nümayiş olunmaq üçün A.P.Çexovun “Təklif” vodevili seçilmişdi. Vodevil dosentlər Bəhram Osmanovla Fəxrəddin İsrafilovun rəhbərlik etdiyi III kurs dram teatrı və kino aktyoru ixtisası üzrə təhsil alan tələbələrin iştirakı ilə hazırlanmışdı.
Noyabrın 25-də Teatr Xadimləri İttifaqının tamaşa salonunda ADMİU-nun “Aktyor sənəti” fakültəsinin III kurs tələbələri Pərvanə Ağadadaşova, Aqşin Onullahi və İlham Tanrıverdiyevin ifalarında Çexovun bu məşhur əsərinin səhnə təcəssümü tamaşaçılara təqdim olundu. Vodevil “2+1” eksperimental tamaşalar festivalının diplomu ilə mükafatlandırıldı. Tamaşadan sonra əsərin yaradıcı qrupunu təbrik edənlərin ümumi arzusu belə idi ki, onlar bu tamaşanı dəvət alacaqları bütün beynəlxalq festivallarda da göstərsinlər.
İ.Mehdizadə
Mədəniyyət.-
2011.- 2 dekabr.- S. 6.