Suvenir: turistlər üçün xoş bir xatirə

 

   Suvenir ilk baxışda insanın zövqünü oxşamalıdır

  

   Rauf Seyidzadə xalq tətbiqi sənətinin vurğunudur. 1980-ci ildə Bakıda doğulub. Azərbaycan Texniki Universitetini radiotexnik ixtisası üzrə bitirib. 14 yaşından milli suvenirlərin hazırlanması işi ilə məşğul olur. Onunla emalatxanasında görüşdüm. Ətrafda hazırlanmış, qurudulması üçün asılmış suvenir məhsulları isə elə ilk baxışdan insanın zövqünü oxşayırdı...

  

   - Necə oldu ki, səndə suvenir hazırlamağa maraq yarandı?

   - Ailədə incəsənətə, xüsusilə muğam musiqisinə böyük maraq var. Qardaşım tar üzrə təhsil alıb. Evimizdə kamança, qaval digər musiqi alətləri var. Uşaq vaxtından əlimə taxta parçası alıb yonur, ağac parçasını tara, kamançaya oxşatmağa çalışırdım. Valideynlərim çox vaxt buna icazə vermir, “get, dərslərini oxudeyirdilər. Amma tədricən əl işlərimdə ustalaşmağa başladım. İlk işlərimi dostlarıma, tələbə vaxtı müəllimlərimə bağışlayırdım. Sonradan müxtəlif musiqi alətlərinin - kamança, qaval, saz, nağara s. suvenirlərini hazırladım.

   Azərbaycan Texniki Universitetini radiotexnik ixtisası üzrə bitirmişəm. Lakin sonradan gördüm ki, ixtisasımdan daha çox bu sənətə böyük həvəsim var. Valideynlərimə bildirdim ki, mən xalq tətbiqi sənətilə məşğul olmaq istəyirəm.

   Tələbə vaxtı bir gün dostum mənə təklif etdi ki, gəl əl işlərini mənim dükanıma qoy, bəlkə satıldı. Ertəsi gün zəng vurdu ki, onu satmışam. Satış üçün daha ikisini hazırla. Hazırladığım suvenirlərə geniş tələbat olduğunu gördüm bir emalatxana kirayələdim, davamlı olaraq bu sənətlə məşğul olmağa başladım.

   - Hazırladığın suvenirləri bazara çıxarmaq çətin deyil?

   - Son dövrlərdə muğam çox populyarlaşıb, aşıq sənətimiz dünya miqyasında tanınır, mədəni irsimizin, incəsənətimizin təbliği genişlənib. Bu, turistlərin ölkəmizə diqqətini artırır. Turistlər arasında milli suvenirlərə hər zaman maraq olub. İndi suvenir istehsalına böyük tələbat var. Mən suvenir ustası olaraq işimi daha da genişləndirmişəm. Dövlət təşkilatları, özəl şirkətlərin sifarişi ilə hədiyyəlik milli suvenirlər hazırlayıram. Eyni zamanda, müxtəlif tədbirlərdə iştirak edirəm. Mədəniyyət Turizm Nazirliyinin təşkil etdiyi sərgilərdə, tədbirlərdə əl işlərim nümayiş olunub.

   - Bir çoxları suvenirlərin baha olduğu qənaətindədir...

   - Suvenirin qiyməti hazırlandığı materialdan, işə sərf olunan əməkdən asılıdır. Mən suvenir məhsullarını şam, fıstıq, qoz ağaclarından hazırlayıram. Bu yaradıcılıq qabiliyyəti ilə yanaşı, böyük zəhmət, səbir tələb edir. Suvenir ilk baxışda insanın zövqünü oxşamalıdır. Bəzən suvenirdə bir detal, naxış üzərində saatlarla işləməli oluruq. Ola bilsin ki, hansısa mağaza tələbatı görüb məqsədli şəkildə qiyməti qaldırır. Amma inanın, xarici ölkələrdə suvenirlər daha bahadır. Bir dəfə emalatxanama bir ingilis turist gəlmişdi. Deyirdi ki, suvenirlərin necə hazırlanması onun üçün çox maraqlıdır. Günün müəyyən saatlarında gəlib əl işlərimə, onların hazırlanmasına baxırdı. Sonda 10 ədəd suvenir sifariş etdi qiymətini artıqlaması ilə ödədi.

   - vaxtsa bu sənətdən uzaqlaşıb, öz ixtisasınla məşğul olmağı düşünürsən?

   - Hələ ki, elə bir fikrim yoxdur. Çünki suvenir hazırlamaq, xalq tətbiqi sənətilə məşğul olmaq mənə böyük zövq verir. Bu gördüyünüz, belə baxanda balaca bir ağac parçasıdır. Sənətkar əməyi bu ağac parçasını sənət əsərinə, unudulmaz xatirə hədiyyəsinə çevirə bilər. Bu isə həm ölkəmizin, xalq tətbiqi sənətimizin təbliği deməkdir. Artıq tələbələrim var. Bu işi onlara öyrədirəm. Qarşıdan “Eurovision 2012” müsabiqəsi gəlir. Tələbələrimlə çalışırıq ki, ölkəmizə gələcək turistlər üçün daha cəlbedici, gözoxşayan suvenirlər hazırlayaq.

  

 

   Ceyhun

 

   Mədəniyyət.- 2011.- 7 dekabr.- S. 10.