Sevinirəm ki, Azərbaycan da «Musiqi Olimpi» ailəsinə daxil olub

 

   İrina Nikitina: “2012-ci ildə «Musiqi Olimpi» Fondunun növbəti təqdimatı Bakıda keçiriləcək

  

   Bakıda keçirilən V Beynəlxalq Mstislav Rostropoviç Festivalına ənənəvi olaraq dünyanın bir çox ölkələrindən qonaqlar dəvət olunub. Onların sırasında dünya klassik musiqisi sahəsində nüfuzlu simalardan olan rusiyalı musiqiçi, Beynəlxalq «Musiqi Olimpi» Fondunun prezidenti İrina Nikitina da var.

  

   Məlumat üçün bildirək ki, Sankt-Peterburq Konservatoriyasını fortepiano ixtisası üzrə bitirən İ.Nikitina dünyanın bir çox ölkələrində konsert proqramları ilə çıxış edib. Sonra musiqi ilə bağlı daha iri beynəlxalq layihələri reallaşdırmaq məqsədiləMusiqi Olimpi» Fondunu yaradır eyniadlı festivalın bədii rəhbəri olur. Fond ötən müddətdə təkcə Rusiyada deyil, dünyanın bir çox ölkələrində çox möhtəşəm konsert proqramları, festivallar reallaşdırıb. İ.Nikitina Bakıda olduğu müddətdə Azərbaycanın Mədəniyyət Turizm Nazirliyində bir sıra layihələrlə bağlı görüşlər keçirib. Onunla söhbətimizdə yaradıcılıq fəaliyyəti ilə yanaşı, rəhbərlik etdiyi fondun ölkəmizlə gələcək əməkdaşlığına da toxunduq.

  

   - İrina Anatolyevna, Bakıya gəlişiniz xoş bir hadisə ilə, həmyerlimiz, dünya şöhrətli musiqi xadimi Mstislav Rostropoviçin xatirəsinə həsr olunmuş beynəlxalq festivalla bağlıdır. Bu baxımdan əvvəlcə bu böyük musiqiçi ilə bağlı fikirlərinizi eşitmək istərdik.

   - Əvvəlcə onu deyim ki, V Beynəlxalq Mstislav Rostropoviç Festivalında iştirak etmək üçün dəvət olunduğuma görə Azərbaycan Respublikasının Mədəniyyət Turizm Nazirliyinə minnətdaram. Mən musiqiçi ailəsində doğulmuşam, atam Rusiyanın Xalq artisti, Sankt-Peterburq Konservatoriyasının professoru olub. O, Rostropoviçin ilk tələbələrindən biri idi. Atamın bu dahi sənətkarla yaxın əlaqələri mənim uşaqlıq xatirələrimdə yaşayır. Çünki onunla tanış olanda çox balaca idim. Sonra mən Rostropoviçlə 25-26 yaşlarımda olarkən Frankfurt Opera Teatrında qarşılaşdıq. O, konsert proqramı ilə çıxış edirdi. Mənim atam ona həddindən artıq böyük hörmət bəsləyirdi. Rostropoviç hər zaman bizim ailəmiz üçün əfsanəvi şəxsiyyət olub.

   - Prezidenti olduğunuz «Musiqi Olimpi» Fondu eyniadlı beynəlxalq festival zamandan fəaliyyət göstərir onun hədəfləri nədir?

   - «Musiqi Olimpi» Fondunu 1995-ci ildə beynəlxalq mədəniyyət layihələrini reallaşdırmaq üçün yaratdım. 1996-cı ilin iyununda Sankt-Peterburqda «Musiqili Olimp» adlı ilk beynəlxalq festival keçirdik. Əlbəttə, bu adlar çox yüksək səslənir. Amma mən bunu belə izah edərdim: gənc olmaq nöqsan deyil. Əksinə, əgər sən sənətkarsansa, böyük istedada maliksənsə, festivalda iştirak edirsən. Bu festival unikal ideyadan qaynaqlanır: sənətsevərlərə beynəlxalq musiqi müsabiqələrinin laureatlarını təqdim etmək. Sürixdə yerləşən Beynəlxalq Müsabiqələrin Ümumdünya Federasiyası bu layihənin əhəmiyyətini orijinallığına görə dəyərləndirdi artıq ikinci ildən festival bu qurumun himayəsi altında keçirilməyə başlandı. 1996-cı ildən başlayaraq festival hər il Sankt-Peterburqda keçirilir. Onun əsasında mühüm bir ideya dayanır - «Beynəlxalq Olimp»- «qaliblərin paradı».

   - Festivalın iştirakçıları hansı meyarlara əsasən seçilir?

   - Festivalda iştiraka yalnız son illərdə böyük musiqi müsabiqələrində qalib adına layiq görülənlər dəvət edilir. Bundan başqa, tələb olunan başlıca meyar peşəkarlıqdır. Burada iştirak edən elə gənclər var ki, festival onlar üçün böyük yaradıcılıq yolunun başlanğıcı olur. «Musiqi Olimpi» öz fəaliyyəti dövründə dinləyicilərə 350-dən çox gənc musiqiçi təqdim edib. Festivalda müğənnilər, pianoçular, simli, nəfəs alətləri zərb alətlərində ifa edən musiqiçilər, bəstəkar dirijorlar iştirak edir. Bu festivalın dünyada analoqu yoxdur o, dinləyicilərə dünyanın ən yaxşı zallarında musiqisevərlərə gözəl ifalar təqdim etmək imkanı yaradır. Festival Sankt-Peterburq Filarmoniyasının Ermitaj teatrının böyük kiçik zallarında keçirilir. Tədbirin ən parlaq ifaçıları dünyanın musiqi paytaxtlarında fondun təşkil etdiyi təqdimat konsertlərində çıxış etmək imkanı qazanır. Təqdimat konsertlərinin coğrafiyası isə ildən-ilə böyüyür: Sürixin Nyu-YorkunKarnegi-hollkonsert salonundan Berlin filarmoniyası, London Sinqapurun yeni konsert zallarına qədər.

   Eyni zamanda festivalın fəxri komitəsi var ki, onun üzvləri arasında Klaudio Abbado, Zubin Meta, Yuri Temirkanov, Monserat Kabalye, Plasido Dominqo digər məşhur musiqiçilər var. Bu şəxsiyyətlər həmin festivalı dəstəkləyirlər. Festivala yalnız seçilmiş, müxtəlif sahələrdə olan ifaçıları dəvət edirik. Ən əsası isə odur ki, onlar Sankt-Peterburqun ən məşhur kollektivləri, filarmonik orkestr, Marinski teatrının orkestri, Ermitajın məşhur musiqi kollektivləri ilə böyük səhnələrdə çıxış etmək imkanı əldə edirlər. Yəni dünya səviyyəli musiqiçilər musiqi olimpinə qalxan yolda öz bacarıqlarını, ifa səviyyələrini nümayiş etdirirlər. «Musiqi Olimpi» gənc musiqiçiləri dünyaya təqdim edir. Onların bəziləri festivalın konsertlərində çıxış edir. Əlbəttə, bu bizim fondun birinci istiqamətidir. Digər tərəfdən, fondun eksklüziv konsert proqramlarında musiqi pərəstişkarları dünya şöhrətli ifaçılarla görüşmək imkanı əldə edirlər. Bu konsertlər isə Moskva Sankt-Peterburqun ən yaxşı konsert salonlarında keçirilir. Proqramda dünya ulduzları olan Roberto Alanya, Bobbi Makferrin, Dayana Krol başqaları, eyni zamanda Yaponiya radio televiziyasının orkestrinin, Fransanın Milli Orkestrinin qastrol səfərləri təşkil edilir. Bu gün, eyni zamanda sabah üçün göstərəcəyini, ifa edəcəyini bilmək çox vacibdir. Biz bu gün sabah üçün çalışırıq.

   - Bu günə qədər Azərbaycandan festivalda kimlər iştirak edib? Festivalın bədii rəhbəri kimi, bizim musiqiçilərimizi necə qiymətləndirirsiniz?

   - Əvvəlcə deyim ki, mən Azərbaycanın məşhur bəstəkarı olan Qara Qarayev, Müslüm Maqomayev, Polad Bülbüloğlu, Firəngiz Əlizadə kimi musiqiçiləri tanıyır onlara hörmətlə yanaşıram. Gənclərə gəlincə, Azərbaycanı gənc dirijor, beynəlxalq müsabiqələr laureatı, Azərbaycan Dövlət Akademik Opera Balet Teatrının dirijoru Əyyub Quliyev Rusiya Böyük Teatrının solisti Dinarə Əliyeva təmsil edib. Əyyub Quliyev Sankt-Peterburqda bizim festivalda dörd dəfə çıxış edib. Məsələn, dünyanın ən nüfuzlu konsert salonlarından olan Nyu-Yorkun «Karnegi holl» zalında «Olimpiya» simfonik orkestrinə dirijorluq edib. Bu konserti bizim fondla birlikdə dünya şöhrətli «Kolumbiya» konsert agentliyi təşkil etmişdi. İstər Əyyub, istərsə Dinarə yüksək səviyyəli musiqiçilərdir. Eyni zamanda Əyyub Quliyev bizim festivalın ən yüksək mükafatına da layiq görülüb. Biz Azərbaycanın digər musiqiçiləri ilə əməkdaşlıq etmək istərdik. Musiqiçilər üçün vacibi odur ki, onların ifasına, sənətinə tələbat olsun. Biz ona görə təqdimatlarda qala konsertlər təşkil edirik.

   - Əməkdaşlıqdan söz düşmüşkən, Bakıda olduğunuz müddətdə Mədəniyyət Turizm Nazirliyində görüşlər keçirmisiniz. Bu barədə deyə bilərsiniz ümumiyyətlə ölkəmizlə əməkdaşlığın gələcək perspektivləri nədən ibarətdir?

   - Mədəniyyət və Turizm Nazirliyində cənab nazir Əbülfəs Qarayevlə, nazirliyin məsul şəxsləri ilə çox dəyərli görüşümüz oldu. Mən bu görüşlərdən parlaq təəssürat əldə etdim. Söhbət əməkdaşlıqdan gedirdi. Ona görə çox sevinirəm ki, «Musiqi Olimpi» əhatəsini genişləndirib, artıq Azərbaycan da onun ailəsinə daxil olub. Bilirsiniz, «Musiqi Olimpi» Fondunun dünyanın bir çox ölkələrində təqdimatları keçirilir. Bu günə qədər bu təqdimatlar Amerika, Almaniya, Sinqapur, bu yaxınlarda isə İsveçrənin paytaxtı Sürixdə gerçəkləşib. İndi isə belə qərara alındı ki, 2012-ci ilin sentyabrında onun növbəti təqdimatı Bakıda keçirilsin. Ü.Hacıbəyli adına Dövlət Simfonik Orkestri və digər tanınmış musiqiçilər də konsertdə iştirak edəcək. Deyərdim ki, bu görüş sadəcə başlanğıcdır. Azərbaycan keçmiş sovet respublikaları arasında ilk əməkdaşlığa başladığımız respublika olacaq. Çünki bu vaxta qədər bizim yalnız qitələrarası, məsələn, Amerika, Asiya, Avropa ilə əlaqələrimiz olub. Əlbəttə, burada duyğular da mühüm rol oynayır. Çünki mənim Bakı ilə, görüşdüyüm peşəkar insanlarla bağlı gözəl təəssüratlarım yarandı. Şəhərin gözəlliyi məni heyran etdi. Beyrut, Dəməşq, Əmman kimi Şərq şəhərlərini görmüşəm. Onlar çox oxşardır. Bakı özündə sözün həqiqi mənasında Şərqlə Qərbi yaşadır. Və daha çox Avropa şəhərinə bənzəyir. İnsanları isə olduqca qonaqpərvərdir.

  

   Mehparə

 

  Mədəniyyət.- 2011.- 9 dekabr.- S. 7.