Nəsir İmanquliyev irsi
və müasir jurnalistikamız
Görkəmli
jurnalist və alimin 100 illik yubileyi ilə bağlı konfrans
Dekabrın 9-da Beynəlxalq
Mətbuat Mərkəzində
milli mətbuatımızın
görkəmli nümayəndəsi,
alim, ictimai xadim, professor Nəsir İmanquliyevin 100 illik yubileyi ilə bağlı “Nəsir İmanquliyev irsi və müasir jurnalistikamız” adlı konfrans keçirildi.
Mətbuat Şurasının təşkilatçılığı ilə keçirilən tədbiri qurumun sədri Əflatun Amaşov açaraq bildirdi ki, ölkə
prezidentinin sərəncamına
əsasən Nəsir
İmanquliyevin 100 illik
yubileyi münasibətilə
tədbirlər keçirilir.
Bu konfransın da həmin tədbirlərdən
biri olduğunu qeyd edən Şura sədri Nəsir İmanquliyevin jurnalistlik və elmi-pedaqoji fəaliyyətindən
söz açdı, görkəmli mətbuat xadiminin milli mətbuatımızın inkişafına
töhfəsindən, jurnalist
kadrların hazırlanmasında
əməyindən söz
açdı.
Sonra BDU-nun jurnalistika fakültəsinin
professoru Cahangir Məmmədli Nəsir İmanquliyevin irsi haqqında geniş məruzə etdi, onu Azərbaycan jurnalistlərinin böyük
bir ordusunun müəllimi kimi xarakterizə etdi. Nəsir İmanquliyevin “Kommunist” qəzetində məsul katib və baş redaktorun müavini kimi fəaliyyətindən
danışan natiq həmin dövrdə qəzetin səhifələrində
gənclərin hərbi-vətənpərvərlik
tərbiyəsinə xidmət
edən “Döyüşən
səhifələr” guşəsinin
yaradılmasından, qəzetdə
ədəbiyyat dərnəyinin
təşkilindən bəhs
etdi. Qeyd olundu ki, Nəsir müəllim Azərbaycan Dövlət Universitetinin filologiya fakültəsinin nəzdində
jurnalistika şöbəsinin
yaradılmasında bilavasitə
iştirak edib, tələbələrə jurnalistikanın
əsaslarını, nəzəriyyəsini
və təcrübəsini
yorulmadan tədris edib. N.İmanquliyevin
yaratdığı və
30 il rəhbərlik
etdiyi “Bakı”-“Baku” qəzetləri isə milli mətbuat tariximizdə layiqli iz qoyub. Vaxtilə bu
qəzetlərdə jurnalistlik
fəaliyyətinə başlamış
gənclər bu gün mətbuat sahəsində tanınmış
simalardır.
Prezident Administrasiyasının ictimai-siyasi məsələlər
şöbəsinin sektor
müdiri Vüqar Əliyev konfransın
professor Nəsir İmanquliyevin
qəzetçilik təcrübəsinin
və yaradıcılığının
öyrənilməsi ilə
yanaşı, həm də milli jurnalistikamızın
tarixinə nəzər
salmaq baxımından
böyük əhəmiyyət
daşıdığını vurğuladı. Onun həyat
və yaradıcılığı
müasir jurnalistikamız
üçün böyük
örnəkdir.
BDU-nun professoru
Şirməmməd Hüseynov
40 ildən artıq bir müddətdə Nəsir müəllimlə
bir yerdə çalışdığını, onun hərtərəfli savadlı, təcrübəli
jurnalist-müəllim, səmimi
və xeyirxah həmkar, qayğıkeş
insan olduğunu vurğuladı.
Tanınmış
jurnalist Yusif Kərimov 1958-ci ildə Nəsir müəllim tərəfindən əsası
qoyulmuş "Bakı"
qəzetinin, daha sonra isə rus dilində nəşrə başlayan
“Baku” qəzetinin Azərbaycan
mətbuatında özünəməxsus
yer tutduğunu vurğuladı. Qeyd etdi ki, Nəsir
müəllim otuz il müddətində
xalq sevgisi qazanan bu nəşrlərdə
bütöv bir jurnalistika məktəbi yaratmışdır.
Konfransda çıxış edən
professor, Əməkdar jurnalist
Şamil Şahməmmədov,
“Bakı” və “Baku” qəzetinin redaktoru Ağa Hüseynov və başqaları böyük alim və jurnalistin zəngin yaradıcılığından
söz açdılar
və onunla bağlı xatirələrini
danışdılar.
Savalan Fərəcov
Mədəniyyət.-
2011.- 14 dekabr.- S. 7.