Abdulla Tukayın 125 illiyinə həsr olunmuş beynəlxalq konfrans
keçirilib
Dekabrın 13-də M.F.Axundzadə
adına Azərbaycan Milli Kitabxanasında
2011-ci ilin TÜRKSOY tərəfindən “Abdulla Tukay ili”
elan edilməsi çərçivəsində
Mədəniyyət və Turizm Nazirliyinin dəstəyi ilə şairin
anadan olmasının 125 illiyinə həsr
edilmiş beynəlxalq elmi
konfrans keçirilib.
Tədbirdə Mədəniyyət və Turizm Nazirliyinin dəstəyi ilə çap olunmuş Abdulla Tukayın “Seçilmiş əsərləri” kitabı təqdim olunub.
TÜRKSOY-a üzv ölkələrin təmsilçilərinin, elm və mədəniyyət nümayəndələrinin iştirak etdikləri tədbiri kitabxananın direktoru Kərim Tahirov açaraq konfrans haqqında ətraflı məlumat verib.
Mədəniyyət və turizm nazirinin birinci müavini Vaqif Əliyev TÜRKSOY tərəfindən hər ilin bir türkdilli dövlətin şair, yazıçı və ya görkəmli şəxsiyyətinin adı ilə bağlı olmasını çox böyük hadisə kimi qiymətləndirib: “Bu ənənə 2010-cu ildən başlanıb. Əslində həmin şəxslər, onların yaradıcılığı bütün türk dünyasının sərvətidir. Bu mənada TÜRKSOY-un gördüyü iş əvəzsizdir. 2011-ci ilin TÜRKSOY tərəfindən Tatarıstanın görkəmli söz ustası “Abdulla Tukay ili” elan edilməsi çərçivəsində türkdilli dövlətlərdə müxtəlif tədbirlər keçirilib. Azərbaycan Milli Kitabxanasında keçirilən beynəlxalq konfrans da bu silsilədəndir”.
Nazir müavini bu il Bakıda keçirilmiş II Beynəlxalq kitab sərgi-yarmarkası çərçivəsində Abdulla Tukaya həsr olunmuş tədbirin böyük marağa səbəb olduğunu xatırladıb.
Vaqif Əliyev tatar ədibi Abdulla Tukayın “Seçilmiş əsərləri”nin bütün türk xalqları arasında maraqla qarşılanacağını diqqətə çatdıraraq, nazirliyin gələcəkdə də belə layihələrə dəstək göstərəcəyini söyləyib.
Tədbirdə Tatarıstan mədəniyyət nazirinin birinci müavini İradə Ayupova “Abdulla Tukay irsinin öyrənilməsində kitabxanaların rolu” mövzusunda məruzə ilə çıxış edib. Məruzəçi “Abdulla Tukay ili” çərçivəsində keçirilmiş tədbirlər haqqında geniş məlumat verib.
Abdulla
Tukay irsi ilə
bağlı müxtəlif məruzələrin dinlənildiyi
konfransda əməkdar artistlər Əli Nur və Almaz Amanovanın
ifasında şairin şeirlərindən
nümunələr səsləndirilib.
Mədəniyyət.- 2011.- 14
dekabr.- S. 3.