Hər zaman 39 yaşında

 

   Ötən illərin mahnıları

  

     

   ya ölümün uduzduğu ömür

  

   «Dünyada ən çox anamı, böyüyüb boya-başa çatdığım İçərişəhəri, bir də dənizi sevirəm». Bu sözləri müsahibələrinin birində Azərbaycan cazının əfsanəsi, Əməkdar incəsənət xadimi, görkəmli pianoçu və bəstəkar, caz-muğamın banisi kimi tarix yazan Vaqif Mustafazadə deyib. Deyibdaim bu üç müqəddəs məfhuma olan bağlılığını, sədaqətini, vurğunluğunu isbat edib.

  

   39 illik ömrünə bəlkə də milyonların ömürlüyünü qatan bu təkrarsız musiqiçinin bu gün xatirə günüdür. Baharın xoş rayihəsini yaydığı fəsildə, ruhun, duyğuların, hisslərin təlatümə gəldiyi baharda doğulan sənətkar taleyinin ən ağır anını, həyata vida məqamını qarlı-şaxtalı qışda, dəli küləkli günlərin birində vətəndən, doğma Bakısından uzaqlarda yaşadı. Daim isti qucaq, hərarətlə əzizlədiyi İçərişəhərindən, evindən, ocağından, çox sevdiyi ailə üzvlərindən kənarda dünyasını dəyişdi...

  

   «Sənətdə özümü tapmışam, ruhumu, simamı görmüşəm»

  

   Onun haqqında bir çoxları yazıb, ən məşhur musiqiçilər sənəti ilə bağlı fikirlər səsləndirib, onun dahiliyindən, Allah vergisi olan istedad və tükənməz sənət, musiqi sevgisindən söz açıblar. Amma yaşananyaşadan xatirələr həmişə təzə-tər, kövrək və istidir. Bizo xatirələrin boylandığı Vaqif məkanına, onun ev-muzeyinə baş çəkdik: «Mən musiqini hər şeydən çox sevirəm və onunla məşğul olmaqdan, çalışmaqdan, musiqi ilə keçən zamandan böyük zövq alıram. 40-cı illərdə Bakıda doğulmuşam. Anamın da dərs dediyi musiqi məktəbində təhsil almışam. Anam Zivər xanım Əliyeva böyük bəstəkarımız Üzeyir Hacıbəylinin ilk qadın tələbələrindən olub. Mən muğama sevginiondan öyrənmişəm. Sonra böyük musiqiçi Şaroyevdən dərs almışam. Əslində musiqidə nəyə nail olduğumu kəsdirə bilməsəm də, əsas odur ki, bu sənətdə özümü tapmışam, ruhumu, simamı görmüşəm».

   Özü haqqında danışmağı heç sevməyən böyük musiqiçinin çox az, bəlkə də nadir müsahibəsindən götürdüyümüz bu hissə onun sənətə bağlılığını göstərməklə, ruhundakı çılğın sevginin musiqidə vüsala yetdiyini təsdiqləyir.

  

   Ananın arzusu başqa idi

  

   Zivər Əliyeva oğlu Vaqifi klassik piano ifaçısı görmək istəyirdi. Vaqif isə hətta orta ixtisas musiqi məktəbində təhsil aldığı zaman Motsart, Bax, Bethoven, Şopen kimi klassik bəstəkarların əsərlərini də milli ruhda ifa etməyə başlayır. 9 yaşında isə o caz-blüz üslubunda olan «Sevdiyim insan» əsərini özünəməxsus şəkildə ifa edir. Bu əsəri o bir də 30 il sonra, ölümünə bir gün qalmış yenidən və son dəfə səsləndirir.

   Maraqlısı odur ki, Vaqif Mustafazadə klassikanı əvvəlcə Asəf Zeynallı adına Musiqi Məktəbində, sonralar isə Azərbaycan Dövlət Konservatoriyasında (undiki Bakı Musiqi Akademiyası) öyrənsə də, caz üzrə heç bir musiqi təhsili almayıb. O, sadəcə çox sevdiyi Çarli Parker, Bill Evens, Əhməd Camalbaşqa caz ustalarının ifalarını dinləyə-dinləyə ənənəvi cazı öyrənib.

   Bu barədə Vaqif Mustafazadənin ev-muzeyinin direktoru, Vaqif Mustafazadə adına Xeyriyyə Fondunun rəhbəri Afaq Əliyeva maraqlı faktlar açıqladı: «1956-cı ildə Vaqif Mustafazadə musiqi məktəbini bitirib. Həmin il ilk dəfə olaraq Azərbaycan Dövlət Filarmoniyasında Mendelsonun mürəkkəb əsərlərindən olan konsertini ifa edib. Və elə o zaman bizim böyük sənətkarımız maestro Niyazi Vaqifin çalğısına heyranlıqla qulaq asaraq onun böyük, parlaq gələcəyi olacağını söyləyib».

   Uşaqlıqdan muğama bağlı olan Vaqif Mustafazadə özü ilə bərabər cazsevərlərin də muğamdan faydalanmasını istəyirdi. Ona görə də əfsanəvi musiqiçi ilk baxışda bir-birinə tam əks olan Şərq və Qərb aləmlərini, «Bayatı-şiraz», «Segah», «Rast», «Şur» muğamlarını cazla birləşdirərək Azərbaycan musiqisinə yeni bir janr - caz muğamını gətirdi: «Vaqif muğamı çox gözəl bilirdi. Təsəvvür edin ki, o hələ 3 yaşından muğamı özünəməxsus şəkildə ifa etməyə başlayıb. O, bu bəşəri musiqini ürəyindən keçirirona sevgisini hər ifasında, hər musiqi əsərində göstərməyə çalışırdı. Elə ona görə də dünyada bu iki janrı bir araya gətirməklə qeyri-adi bir nümunə yaradan məhz Vaqif Mustafazadə olub. Azərbaycanda digər ifaçılar da musiqimizi cazla birləşdirirdilər. Amma muğamın cazla sintezini Vaqif kimi heç kəs bilmirdi. Bu istedadı ilə iki böyük, nəhəng janrları birləşdirərək caz-muğamın banisi oldu. Bunun isə öz sirri var idi. O, əsəri öncə beynində ifa edir, sonra ürəyindən barmaqlarına diktə edirdi. Mən o ifanı, o barmaqları heç kimdə görməmişəm».

  

   Küskün gedişin qalib dönüşü

  

   Cazın çətinliklərinə onu yalnız ürəkdən sevənlər tab gətirə bilər. Təbii ki, Vaqifin istəyinə nail olmaq cəhdləri ona çətin başa gəlirdi. Bu səbəbdən ötən əsrin 60-cı illərində çox sevdiyi işlə məşğul olmaq üçün Gürcüstana üz tutur. Ümumiyyətlə, gürcü musiqi mühiti Vaqif Mustafazadənin caz aləmində tanınmasında mühüm rol oynayıb. Tiflisdə keçirilən caz festivalları və konsertlər musiqiçinin bir sənətkar kimi yalnız gürcü dinləyicilərinə deyil, dünyada tanınmasına yardım etdi: «O vaxtlar caz musiqisinə münasibət başqa idi. Vaqifisevimli musiqisi olan cazla baş-başa qalmağa qoymur, mane olurdular. Ona görə də Vaqifi Tiflisdə fəaliyyət göstərən məşhur «Orero» ansamblına rəhbər dəvət edəndə o, dəvəti qəbul etdigetdi».

   1966-cı ildə Tallində Dünya Caz Musiqi Festivalı keçirilirdi. Dünyanın 3 mindən çox musiqiçisinin qatıldığı yarışmada bir-birinin ardınca səhnəyə çıxan məşhur caz ustalarının çıxışlarını böyük musiqi mütəxəssisi, amerikalı tənqidçi Uills Kanoverin başçılıq etdiyi münsiflər heyəti qiymətləndirirdi. 4 gün davam edən festivalın son günü səhnəyə heç kimin tanımadığı cazmen çıxır “O insanı ki mən sevirəməsərini ifa edir. Kanover Vaqifin ifasından təsirlənərək “O, ifasını dinlədiyim ən lirik pianoçudur” - deyir.

   Afaq xanım yenə o illərə getdi: “1967-ci ildə Vaqif Mustafazadə yenə Tallinə, caz festivalına getdi orada da Qran-pri qazandı. Ondan sonra bütün dünyada məşhurlaşdı. O vaxtlar məhz Kanoverin rəyindən sonra «Amerikanın səsi» radiosunda digər kütləvi informasiya vasitələrində Vaqifin çalğısından danışırdılar”. Onun festivalda göstərdiyi yüksək nəticə Azərbaycanda da böyük rezonansa səbəb olur hər kəs Vaqifdən, onun dünyanı heyran qoyan ifaçılığından danışırdı. Elə buna görə onun vətənə dönməsini istəyirdilər. Azərbaycan musiqisində yüksək nüfuza malik məşhur bəstəkar, mədəniyyət naziri Rauf Hacıyevin ciddi təkidi ilə musiqiçi həyat yoldaşı Elza xanımla birlikdə Bakıya qayıdır. Doğma Bakı, İçərişəhər, uşaqlıq illərinin unudulmaz, xoş xatirələri Vaqif üçün yeni ilham mənbəyinə çevrilir. Bununla da o yaradıcılığının yeni, daha məhsuldar mərhələsinə qədəm qoyur. Həmin il BakıdaBakı caz - 69” festivalı keçirilirdi. Vaqifin sənətini sevərlər onu ilk olaraq məhz bu tədbirdə gördülər, dinlədilər.

   Caz-muğam sevgisi Vaqif Mustafazadənin 1977-ci ildə muğam-caz qrupunu yaratması ilə nəticələndi. Kollektivdə çalışan gənc ifaçılar ondan çox şey öyrəndilər Vaqif sözün əsl mənasında yüksək musiqi məktəbi yarada bildi.

  

   «Əzizənin intizarında» yaşanmayan daha bir sevinc

  

   Dövrün sərt əngəlləri Vaqifin dünya caz səhnəsində çıxış edə bilməsinə imkan vermədi. Yalnız bir dəfə, 1979-cu ildə o, Monakoda keçirilən Dünya Caz Musiqisi Müsabiqəsinə göndərdiyiƏzizənin intizarındaadlı kompozisiyası ilə əslində, bütün dünya musiqiçiləri ilə rəqabət apara biləcəyini sübut etdi. O, festivalın ən yüksək mükafatına (25 min dollar sülh azadlıq rəmzi olan royal) layiq görülür: “Bu müsabiqə zamanının ən nüfuzlu musiqi yarışması idi. Əsərlər münsiflər heyətinə müəlliflərin ölkələrin adı olmadan, sadəcə nömrələnmə ilə təqdim olunurdu. Məşhur musiqiçilərdən ibarət münsiflər heyəti Vaqifin kompozisiyasını dinləyən kimi yekdilliklə o əsərə səs verirlər. Sonra adlar açıqlanır. Qalibin Sovet İttifaqından, kommunist rejimli ölkədən olması hər kəsi təəccübləndirir. İnanın, o vaxtlar Vaqifin müsabiqəyə əsər göndərməsindən heç bizim xəbərimiz yox idi”.

   Amma təəssüf ki o, bu hadisədən az sonra dünyasını dəyişdi. Beləcə sənətinə verilən ən böyük qiymətin, sevincini yaşamadı.   

 

   Boş zal?

   Aman, ruhum sıxılır...

  

   Dünya festivallarında qazandığı uğurlar onu ölkəsində konsertlər verməyə ruhlandırırdı. Amma təəssüf ki, onun yaradıcılığını milli musiqimizə, muğama xəyanət kimi qiymətləndirənlər onun bu arzusunu hər dəfə ürəyində qoyurdular. Onun faciəvi sonluqla bitən son konserti isə Özbəkistanın Daşkənd şəhərində olur.

   15 dekabr 1979-cu il. Vaqif Mustafazadə Daşkənd konsertində səhnəyə son dərəcə əsəbi uğradığı bütün haqsızlıqlara üsyanla çıxır. Onun səbir kasasını daşıran son damla isə daşkəndli konsert təşkilatçılarının müğənniyə laqeydliyi, daha doğrusu, onu aldatmaları idi. Belə ki, konsertlə bağlı şəhərdə bir afişa, bir elan yox idi. Bütün bunlar isə konsert günü, tamaşaçıların az sayda olmasından sonra üzə çıxır. Vaqifin Daşkəndə gəlişindən heç kimin xəbər tutmadığından zalda yalnız bir neçə insan olub. Amma əfsanəvi musiqiçi elə o bir neçə tamaşaçıya sayğı əlaməti olaraq konsertini təxirə salmır səhnəyə çıxır. Ürəyindəki sıxıntılara məhəl qoymadan aramla ifa etməyə başlayır. Bu zaman o özü bilmədən, bəlkə bilərək, hiss edərək ömrünün son akkordlarını da çalır... Cazmen şiddətli ürək ağrıları ilə xəstəxanaya çatdırılır. Lakin onun həyatını xilas etmək, ürək döyüntülərini bərpa etmək mümkün olmur. Caz əfsanəsi dekabrın 16-da həyata gözlərini yumur.

  

   Düşüncələr”dən boylanarkən

  

   Onun Azərbaycan musiqisi, xüsusilə caz sənətinin inkişafındakı xidmətləri danılmazdır. O, sənətinin qiymətini ölümündən sonra alan nisgilli sənətkar kimi mədəniyyət tariximizdə qaldı. Vaqifi yaşadan hər zaman müasir, gündəmdə edən isə təbii ki, əvəzsiz musiqiləridir. Bir Bakının qədim məkanlarından birindəki munis evi, xatirələrlə dolu ev-muzeyi. Onun doğma şəhərində, sevdiyi evində yaşayan xatirələrinin keşikçisi isə dayısı qızı Afaq Əliyevadır: “Vaqif Mustafazadənin ev-muzeyi 1989-cu ildə fəaliyyətə başlayıb. Bu ev, buradakı eksponatlar yeganə oğlunu itirən Zivər xanımın tək təsəllisi idi. 1997-ci ildə o dünyasını dəyişərkən bu missiyanı mənə həvalə etdi. Elə o ildən mən burada fəaliyyət göstərirəm».

   Bu da böyük musiqiçinin sadə, sənət adamlarının əksərinin yaşam tərzindən fərqli çox adi, təmtəraqdan uzaq evi. Mənzilə daxil olan kimi bizi musiqiçinin konsertlərinin afişaları qarşılayır. Sonra həyatın Vaqifli Vaqifsiz günlərinin foto portretləri. Bir də qəmgin, bir az incik, küskün, düşüncəli büstü.

  

   Həmidə Nizamiqızı

 

   Mədəniyyət.- 2011.- 16 dekabr.- S. 12.