Vaqif Mustafazadənin xatirəsi yad edildi
Dekabrın 16-da görkəmli musiqiçi Vaqif Mustafazadənin (1940-1979) vəfatının
32-ci ildönümü ilə
bağlı onun ev-muzeyində xatirə tədbiri keçirilib.
Vaqif Mustafazadənin ev-muzeyinin direktoru, onun adını daşıyan
xeyriyyə fondunun sədri Afaq Əliyeva sənətçinin
anım gününə
gəlmiş qonaqları
salamlayıb, musiqiçinin
həyat və yaradıcılığından söz açdı.
Tanınmış
musiqiçilər - Xalq
artisti Natəvan Şeyxova, əməkdar incəsənət xadimləri
Faiq Sücəddinov, Vaqif Gərayzadə, əməkdar artistər Rafiq Seyidzadə, Akif Süleymanbəyli, caz musiqisinin gözəl bilicilərindən
Rahib Azəri Vaqif Mustafazadə sənəti barədə
ürək sözlərini,
xatirələrini bölüşdülər.
Onlar təkcə Vaqiflə bağlı xatirələrini
deyil, həm də o dövrün Bakısının ab-havasını
çatdırmaq istəyirdilər.
Xatirələr, söhbətlər bir-birini əvəz etdikcə sanki Vaqifin ruhu da
otaqlarda pərvaz edir, şadlanırdı.
Qeyd olundu ki, Vaqif
Mustafazadə yaradıcılığı
bizdən sonrakı nəsillər üçün
böyük örnək
olacaq.
Xatirələr çözələndikcə musiqiyə də ehtiyac duyulurdu. Çıxışlar arasında
Vaqif Mustafazadənin uşaqlıq dostu, 28 saylı şəhər poliklinikasının baş
həkimi Alik Nəzərovun, bəstəkar
Faiq Sücəddinovun,
Emil Əfrasiyabın və
Kövkəb Səfərəliyeva
adına 16 saylı musiqi məktəbinin şagirdi Heydər Məmmədovun ifa etdiyi kompozisiyalar tədbirə xüsusi rəng qatdı.
Cazda yeni bir istiqamətin - Azərbaycan
caz-muğamının banisi
olan Vaqif Mustafazadə haqqında indiyədək çox yazılıb, çox deyilib. O, qısa sənət həyatında
caz musiqisində özünəməxsus iz
qoyub. Orijinal kompozisiyaları - zəngin Şərq koloriti, uğurlu improvizələr, muğam
və caz ritmlərinin uzlaşdırılması
sayəsində Vaqif sağlığında əfsanəyə
çevrilmişdi. Onun xatirəsi
bu həm doğma vətənində,
həm də xarici ölkələrdə
yüksək qiymətləndirilir.
Lalə
Mədəniyyət.-
2011.- 21 dekabr.- S. 15.