GUAM
ölkələri arasında teatr əlaqələri
inkişaf edir
Krım Tatar Musiqili Dram Teatrı Bakıya qastrola gəlib
Krım Tatar Akademik
Musiqili Dram Teatrı Bakıda qastrol səfərindədir. Yaradıcı heyət paytaxtımıza
Xalq yazıçısı
Elçinin «Şekspir»
əsəri əsasında
hazırladığı «Xəstə
könül» tamaşası
ilə gəlib.
Qeyd edək ki, indiyədək
bir sıra xarici ölkələrin teatrları - Moskva Dərviş Teatrı, Londonda fəaliyyət göstərən «Avanqard»
teatrı, o cümlədən
Krım Tatar Akademik Musiqili Dram Teatrı bu əsərə müraciət edib. Tamaşanın quruluşçu rejissoru və rəssamı Ukraynanın
Əməkdar incəsənət
xadimi Rinat Bektaşevdir. Rolları
Ukraynanın Əməkdar
artisti Dilavər Səttərov, Krım Muxtar Vilayətinin əməkdar artistləri
Eldar Cəlilov, Marlen Osmanov, Fatma Asanova, Əşrəf Yaqyayev, Lemara Cəlilova və başqaları ifa edirlər. Tamaşa dekabrın 20-də Milli Akademik Dram Teatrının
səhnəsində sənətsevərlərə
təqdim olundu.
Tamaşadan öncə teatrın bədii rəhbəri və direktoru Bilal Bilalov, quruluşçu rejissoru Rinat Bektaşev, həmçinin Kote Marcanaşvili adına Gürcüstan Dövlət
Akademik Dram Teatrının
bədii rəhbəri
Levan Tsuladze, Kişinyovdakı E.İonesku
adına Teatrın bədii rəhbəri Petru Vutkareunun iştirakı ilə mətbuat konfransı keçirildi. Konfransı Milli Akademik Dram Teatrının direktoru İsrafil İsrafilov açaraq, GUAM ölkələrinin
teatrları arasında
yaradılan qarşılıqlı
əlaqələrdən danışdı:
«GUAM ölkələrinin müxtəlif
sahələrində, o cümlədən
mədəniyyət sahəsində
sıx əməkdaşlıq
əlaqələri yaradılmaqdadır.
Bizim nəzərdə tutduğumuz
layihələr uzunmüddətlidir.
Bu layihə GUAM ölkələri arasında
uzunmüddətli yaradıcılıq
əlaqələrini, qarşılıqlı
qastrol səfərlərini,
rejissor mübadiləsini,
birgə layihələri,
texniki heyətin təcrübə mübadiləsini,
hər bir ölkədə fəaliyyət
göstərən dramaturqların
pyeslərinin digər
ölkələrin teatrlarında
tamaşaya qoyulmasını
nəzərdə tutur».
İ.İsrafilov
bildirdi ki, hazırda teatrda L.Tsuladze Maks Frişin «Don Juan və yaxud həndəsəyə
məhəbbət» əsəri
əsasında, moldovalı
rejissor P.Vutkareu isə Xalq yazıçısı
Elçinin «Şekspir»
əsəri əsasında
tamaşalar hazırlayır.
Krım
Tatar Akademik Musiqili
Dram Teatrının Bakıya
qastrol səfəri də bu layihə
çərçivəsində həyata keçirilən
tədbirlərdəndir.
Qeyd edək ki, Krım
Tatar Teatrının dekabrın
24-dək davam edəcək
qastrol səfəri zamanı Xalq yazıçısı Elçinin
«Şekspir» əsəri
əsasında hazırlanan
«Xəstə könül»
tamaşası Qaradağ
rayonunda və Sumqayıtda da nümayiş olunacaq.
Gülər Nizamiqızı
Mədəniyyət.-
2011.- 21 dekabr.- S. 2.